AİHM aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat təyin edib
Açıq mənbə
İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin aprel döyüşlərində ölmüş erməni hərbçinin ailə üzvlərinin şikayətləri ilə bağlı iş üzrə qərar verib.
Ərizəçilər həmin vaxt keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni ordusunda mayor rütbəsi daşımış hərbçinin ailə üzvləri olub. Onlar ərizələrində iddia edib ki, hərbçi Talış kəndinə daxil olmuş azərbaycanlı əsgərlər tərəfindən güllələnib, sonra isə əlləri və başı kəsilib.
Azərbaycan hökuməti iddia ilə bağlı AİHM-ə bildirib ki, hadisənin baş verdiyi deyilən yer həmin vaxt erməni işğalı altında olub, buna görə də Azərbaycanın hadisəni araşdırmaq imkanları olmayıb.
Ərizəçilər ailə üzvlərinin işgəncəyə məruz qaldığını və qanunsuz şəkildə öldürüldüyünü, özlərinin isə buna görə stresə məruz qaldıqlarını qeyd edib. Onlar Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncə və qeyri-insani rəftarın qadağan olunması), 8-ci (şəxsi həyata hörmət), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozulduğunu iddia ediblər.
Məhkəmə Azərbaycanın "inandırıcı əks arqumentlər irəli sürmədiyinə görə ərizəçilərin iddialarının mahiyyət etibarilə doğru hesab edilməli olduğu qənaətinə gəlib".
Bununla da, məhkəmə qərarında konvensiyanın 2-ci və 3-cü maddələrinin pozuntusunu tanıyıb, lakin digər maddələrin pozuntusu ilə bağlı iddiaları araşdırmağa lüzum görməyib.
Məhkəmə yekunda Azərbaycan hökumətinin ölmüş hərbçinin ailə üzvlərinə mənəvi zərərə görə 90 min, hüquqi xərclərə görə isə 14,210 avro təzminat ödəməsinə qərar verib. Qərarda qeyd olunub ki, hökumətə təzminatı ödəmək üçün qərarın qüvvəyə mindiyi gündən 3 ay vaxt verilir.
2016-cı ilin aprelin 1-dən 2-ə keçən gecə Qarabağda başlayan döyüşlər 4 gün davam edib, atəşkəs elan olunması ilə yekunlaşıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Toplum TV
Sosial media
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”