Sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Anar Ərkivan inzibati qaydada həbs olunub.
AXCP Nəzarət Təftiş Komissiyasının sədri Murad Sultanlının yaydığı məlumata görə, iyunun 17-də Nərimanov Rayon Məhkəməsi fəala 30 sutka həbs cəzası verib. A.Ərkivan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinib.
"Anar bəy şəxsi avtomobilini idarə edən zaman Dövlət Yol Polisi (DYP) əməkdaşı onu saxlayaraq, telefonla danışdığını "əsas" gətirərək cərimə yazmaq istəyib. Anar bəy avtomobili idarə edən zaman telefonla danışmadığını bildirib. Yazılacaq cəriməyə etirazını bildirib. DYP əməkdaşı əlavə qüvvə çağıraraq, Anar bəyə zor tətbiq edərək onu Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə gətiriblər. Bir sutka şöbədə saxlandıqdan sonra bu gün [iyunun 17-də - red.] Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Anar bəy 30 sutka inzibati qaydada həbs olundu", - M.Sultanlı yazıb.
Anar Ərkivan bu ilin fevralında da polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka həbs edilib. O, həmin vaxt da ittihamları rədd edirdi.
AXCP üzvləri vaxtaşırı inzibati qaydada həbs olunur. Onlar bir qayda olaraq həbsləri siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.
AXCP-nin sədr Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü isə uzunmüddətli həbsdədir.
Azərbaycan hökuməti isə ölkədə vətəndaşların siyasi fikir və ya fəaliyyətlərinə görə həbs olunmadığını deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
VOA
"Human Rights Watch" Azərbaycan hakimiyyətini Rüfət Səfərovu azad etməyə çağırır
Sosial media
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”