Dünya

“Bloomberg”: ABŞ Müctəba Xameneinin qlobal maliyyə şəbəkəsini araşdırır

18 iyun, 2026
115

Reuters

ABŞ Ədliyyə Nazirliyi İranın ali lideri Müctəba Xameneinin “Wall Street” bankları ilə əlaqələri olduğu bildirilən qlobal investisiya portfelini necə formalaşdırdığını araşdırır. Bu barədə “Bloomberg” məsələ ilə birbaşa tanış olan dörd rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, istintaq çirkli pulların yuyulması və korrupsiya iddialarını əhatə edir.

Araşdırma çərçivəsində ABŞ-nin “JPMorgan Chase” və “Citigroup” kimi maliyyə institutlarının Xameneinin nəzarətində olduğu iddia edilən şirkətlər arasında iri həcmli vəsait köçürmələrinə vasitəçilik edib-etmədiyi də yoxlanılır.

“Bloomberg” yazır ki, müstəntiqlər ABŞ-dəki müxbir bankların rolunu, eləcə də maliyyə axınlarının Xamenei şəbəkəsi ilə əlaqəli olmasına baxmayaraq həyata keçirilməsinə imkan vermiş ola biləcək yoxlama mexanizmlərindəki boşluqları araşdırırlar. Hesabatda vurğulanır ki, istintaqın aparılması mütləq şəkildə ittihamların irəli sürüləcəyi anlamına gəlmir.

Atası İran müharibəsinin ilk günlərində ABŞ və İsrailin hava zərbələri nəticəsində öldürüldükdən sonra mart ayında ali lider postuna gətirilən Xamenei vəzifəyə başladıqdan bəri ictimaiyyət qarşısında görünməyib.

Nəşr daha əvvəl bildirmişdi ki, Xamenei Fars körfəzi regionunda gəmiçilik fəaliyyəti, İsveçrədəki bank hesabları və Böyük Britaniyadakı lüks daşınmaz əmlakları əhatə edən geniş biznes imperiyası qurub. İddialara görə, bu vəsaitlər Böyük Britaniya, İsveçrə, Lixtenşteyn və BƏƏ-də yerləşən maliyyə institutları vasitəsilə idarə olunur.

Araşdırmada qeyd edilir ki, ABŞ Ədliyyə Nazirliyinin istintaqı Vaşinqton və Tehran arasında imzalanmış müvəqqəti sülh sazişindən sonra daha həssas diplomatik xarakter alıb.

Müharibəyə son qoymaq və İranın nüvə proqramı da daxil olmaqla daha geniş məsələlər üzrə danışıqlara başlamaq məqsədi daşıyan saziş iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi həmçinin Avropa və Yaxın Şərqdə fəaliyyət göstərən bankları, eləcə də bu şəbəkənin “Hilton Worldwide” kimi qlobal brendlərlə əlaqəli daşınmaz əmlak ödənişlərini araşdırır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Rubinyan: “Ermənistan Konstitusiya ilə bağlı Azərbaycanın yanaşmasını qəbul etmir”

17 noyabr 2026

sosial media

Ermənistan sülh sazişinin imzalanmasını yeni Konstitusiyanın qəbulu ilə şərtləndirən Azərbaycanın yanaşmasını qəbul etmir. “Armenpress”in məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan noyabrın 17-də jurnalistlərə açıqlamasında deyib. O, konstitusiya dəyişiklikləri ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması arasındakı əlaqədən danışıb. “Biz bu yanaşmanı qəbul etmirik. Hesab edirik ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və biz sülh sazişini elə bu gün imzalamağa hazırıq”, - Rubinyan deyib. Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbul olunması təşəbbüsü Ermənistanın daxili gündəliyindən irəli gəlir. Bununla yanaşı, o, sənədin qəbulunun xarici siyasət baxımından nəticələr doğura biləcəyini istisna etməyib. Rubinyan müxalifətin Konstitusiya dəyişikliklərindən sonra Azərbaycanın sülh sazişini imzalayıb-imzalamayacağı və...
Dünya

İran Xameneinin öldürülməsinə görə 159 ABŞ və İsrail vətəndaşını ittiham edir

17 noyabr 2026

sosial media

İranın keçmiş ali rəhbəri Əli Xameneinin və ailə üzvlərinin öldürülməsi ilə bağlı cinayət işi üzrə 159 nəfər barəsində ittiham aktı hazırlanıb. Onlardan 92-si ABŞ, 67-si isə İsrail vətəndaşıdır. İranın “Tasnim” agentliyinin məlumatına görə, bunu ölkənin Məhkəmə-Hüquq Sisteminin sözçüsü Seyid Əli Kazemi açıqlayıb. Kazemi bildirib ki, prokurorluq mərhələsində aparılan araşdırmalar və hüquqi prosedurlar başa çatdıqdan sonra təqsirləndirilən şəxslər barəsində ittiham aktı tərtib olunaraq iş baxılması üçün İslam İnqilabı Məhkəməsinə göndərilib. Onun sözlərinə görə, məhkəmə araşdırması təkcə Əli Xameneinin deyil, ailə üzvlərinin öldürülməsi ilə bağlı epizodları da əhatə edir. Sözçü qeyd edib ki, iş çərçivəsində Xameneinin gəlini Zəhra Həddad Adilin, qızı Seyid...

Seçilmiş Videolar

Toplum TV loqo