Siyasət

Akif Qurbanov yazır: Qurtuluş, yoxsa avtoritar revanş?

15 İyun, 2026
142

RFE/RL

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri, “Toplum TV işi” üzrə həbsdə olan Akif Qurbanov Azərbaycanın siyasi və ideoloji təməli kimi təqdim olunan “Milli Qurtuluş Günü” narrativini post-kommunist keçid dövrünün qlobal qanunauyğunluqları fonunda təhlil yazıb.

Təhlili dərc edən Xəzər Tədqiqat və Analiz Mərkəzi qeyd edir ki, yazıda 1993-cü ilin iyun hadisələrinin xalqın xilası deyil, post-sovet nomenklaturasının sistemli revanşı olduğu əsaslandırılır.

Yazını təqdim edirik:

“Ölkəmizdə 15 iyun rəsmi olaraq Milli Qurtuluş Günü kimi qeyd edilir. Əliyev hakimiyyətinin ideoloji, siyasi hekayəsi bu günün üzərində qurulub. İddia olunur ki, 1993-cü ilin iyun ayının 15-də dövlət və xalq xaosdan, vətəndaş müharibəsindən xilas edilib - milli qurtuluş baş verib. Bütün bunlar da yalnız bir nəfərin siyasi səriştəsi, bacarığı, uzaqgürənliyi və fitri istedadına görə baş tutub. Həmin şəxsi həm də müasir Azərbaycanın qurucusu, banisi hesab edirlər, “ümumilli lider” adlandırılar. Bu diskursu ictimai rəyə yeritmək üçün Türkiyə tarixindəki Atatürk nümunəsi ilə paralellər aparırlar.  

Həm 33 il əvvəl baş vermiş hadisələrə - 4 iyun qiyamına və hakimiyyət çevrilişini rəsmiləşdirmiş  15 iyuna, həm də sonrakı proseslərə nəzərən baxaq görək, nəticə həqiqətən də “Milli Qurtuluş” idi, yoxsa revanş?! 

Bu suala cavab vermək üçün kommunizm ideologiyalı rejimlərin hökm sürdüyü, SSRİ-nin rəhbərlik etdiyi Sosialist Paktı ölkələrinin (Varşava bloku) yerləşdiyi coğrafiyaya nəzər salmalıyıq. Eyni zamanda, Mərkəzi və Şərqi Avropa (MŞA) ölkələrində və 3 Baltik ölkəsi xaric, keşmiş sovet respublikalarında baş verənləri də müqayisəli təhlil etmək lazım gələcək.

Mərkəzi və Şərqi Avropada kommunist rejimlərin devrilməsi, demək olar ki, eyni vaxtda - 1989-cu ildə start götürdü. Bu proses ilk olaraq Polşada başladı: fevral-aprel aylarında kommunist hakimiyyət müxalif “Solidarnost” təşkilatının təmsilçiləri ilə danışıqlar masasına oturdu, iyun ayında yarı-azad parlament seçkiləri keçirildi (ENRS, 2005). Həmin ayda Macaristanda hakimiyyət müxalifəti müzakirəyə dəvət etməklə islahat prosesinə təşəbbüs etdi. Payızda Şərqi Almanya, Çexoslovakiya və Bolqarıstanda dinc kütləvi aksiyalar başladı. Rumuniyada dəyişikliklər zorakı yolla baş verdi - 1989-cu ilin dekabrında hakim rejim dinc nümayəçilərə atəş açdı, 1104 nəfər öldü, 3552 nəfər yaralandı. 25 dekabrda ölkə prezidenti Nikolay Çauşesku və arvadı Yelena hərbi tribunalın qərarıyla güllələndilər (Editura Lumen, 2006).”

Təhlilin davamını buradan oxuyun.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

"Abzas Media" və "Meydan TV" media mükafatına layiq görülüb 

17 İyun 2026

ipi.media

"Azad Media Öncülü" mətbuat azadlığı mükafatının 2026-cı il üzrə qalibləri açıqlanıb. Beynəlxalq Mətbuat İnstitutu (IPI) və Beynəlxalq Media Dəstəyinin (IMS) təsis etdiyi mükafata Azərbaycandan "Abzas Media" və "Meydan TV" layiq görülüb. Mükafatın digər laureatı Latın Amerikası Araşdırma Jurnalistikası Mərkəzi (CLIP) olub.  "Azərbaycanın avtoritar Əliyev rejimi tərəfindən təqib və repressiyaların hədəfinə çevrilməsinə baxmayaraq, "Abzas Media" və "Meydan TV" Azərbaycanın getdikcə daha çox repressivləşən media mühitində müstəqil jurnalistikanın nadir ümid mənbələri olaraq qalırlar. 2023-cü ilin noyabrından etibarən hər iki media qurumunun jurnalistlərini hədəf alan həbslər dalğasından sonra sürgündə fəaliyyət göstərməyə məcbur qalan "Abzas Media" və "Meydan TV" xaricdə fəaliyyətlərini davam etdirərək Azərbaycanda...
Siyasət

Əli Kərimli telefon danışığı hüququnun pozulduğunu deyir

17 İyun 2026

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli telefon danışığı hüququnun pozulduğunu deyir.  Partiya üzvlərinin yaydığı məlumata görə, sədr bunu iyunun 16-da Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesdə dilə gətirib.  Partiya sədri bildirib ki, artıq ikinci dəfədir ailəsi ilə telefonla danışa bilmir. O, bunu yerli və beynəlxalq mediaya ailəsi vasitəsilə verdiyi müsahibələrlə əlaqələndirib.  "Baxmayaraq ki, mənim saxlanma şəraitim əvvəldən sərt olub, "France 24"ə verdiyim  müsahibədən sonra saxlanma şəraitimi daha da çətinləşdiriblər. Ailəmlə telefon əlaqəsi saxlamağa imkanın verilməməsi də diktə etdiyim yazılarla bağlıdır. Təcridxada üzləşdiyim çətinliklərlə bağlı hələlik detallı məlumat verməyə ehtiyac duymuram. Azərbaycan hakimiyyəti burada problemlər yaratmaqla yazılarımın...

Seçilmiş Videolar

Toplum TV loqo