Siyasət

Əli Kərimli telefon danışığı hüququnun pozulduğunu deyir

17 İyun, 2026
53

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli telefon danışığı hüququnun pozulduğunu deyir. 

Partiya üzvlərinin yaydığı məlumata görə, sədr bunu iyunun 16-da Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesdə dilə gətirib. 

Partiya sədri bildirib ki, artıq ikinci dəfədir ailəsi ilə telefonla danışa bilmir. O, bunu yerli və beynəlxalq mediaya ailəsi vasitəsilə verdiyi müsahibələrlə əlaqələndirib. 

"Baxmayaraq ki, mənim saxlanma şəraitim əvvəldən sərt olub, "France 24"ə verdiyim  müsahibədən sonra saxlanma şəraitimi daha da çətinləşdiriblər. Ailəmlə telefon əlaqəsi saxlamağa imkanın verilməməsi də diktə etdiyim yazılarla bağlıdır. Təcridxada üzləşdiyim çətinliklərlə bağlı hələlik detallı məlumat verməyə ehtiyac duymuram. Azərbaycan hakimiyyəti burada problemlər yaratmaqla yazılarımın dayandırılmasına nail olmaq istəyir", - Kərimli qeyd edib. 

İddialarla bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. 
Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər. 

Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.

Daha əvvəl hökumətyönlü mediada yayılan iddiaya görə, R.Mehdiyev Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq Azərbaycanda keçid hökuməti yaratmağı təklif edib. Ramiz Mehdiyevin bu iddialara münasibəti məlum deyil.

Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib. 

Eyni işlə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub. Keçmiş baş nazir müavini Abbas Abbasov isə beynəlxalq axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AİHM aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat təyin edib 

18 İyun 2026

Açıq mənbə

İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin aprel döyüşlərində ölmüş erməni hərbçinin ailə üzvlərinin şikayətləri ilə bağlı iş üzrə qərar verib.  Ərizəçilər həmin vaxt keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni ordusunda mayor rütbəsi daşımış hərbçinin ailə üzvləri olub. Onlar ərizələrində iddia edib ki, hərbçi Talış kəndinə daxil olmuş azərbaycanlı əsgərlər tərəfindən güllələnib, sonra isə əlləri və başı kəsilib. Azərbaycan hökuməti iddia ilə bağlı AİHM-ə bildirib ki, hadisənin baş verdiyi deyilən yer həmin vaxt erməni işğalı altında olub, buna görə də Azərbaycanın hadisəni araşdırmaq imkanları olmayıb.  Ərizəçilər ailə üzvlərinin işgəncəyə məruz qaldığını və qanunsuz şəkildə öldürüldüyünü, özlərinin isə buna görə...
Siyasət

Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”

18 İyun 2026

Toplum TV

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov "Toplum TV”yə müsahibə verib. O, üzləşdiyi ittihamlar, beynəlxalq təşkilatların reaksiyası, Üçüncü Respublika Platformasının yaradılması, təcridxanada informasiyaya çıxış imkanları və digər məsələlərdən danışıb. Müsahibənin birinci hissəsini buradan oxuya bilərsiniz. - ABŞ vitse prezidenti Devid Vensin Bakı səfərindən nə gözləyirdiniz? Sizcə siyasi məhbus məsələsini yetərincə gündəmə gətirdimi?  Bu barədə səfər ərəfəsində yazı yazdım həmin mövqədə qalıram. Səfərin gündəliyində hansı məsələlərin əsas yer aldığı və səbəbləri də aydındır. Ümumən, səfəri ölkəmiz üçün faydalı hesab edirəm, nə qədər də hakimiyyətin təbliğatı, dividenti Əliyevin şanına yazmağa çalışsa...

Seçilmiş Videolar

Toplum TV loqo