Siyasət

Antonio Koşta: “Aİ Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyir” 

14 Avqust, 2025
23

Foto: X / @antoniocostapm

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə “çox müsbət” telefon danışıqlarının olduğunu deyib. 

O, bunu “X” səhifəsindəki bəyanatında bildirib. 

“Ermənistan və Azərbaycan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Sazişinin tarixi paraflanması hər iki ölkə və daha geniş region üçün davamlı sülhə doğru mühüm bir addımı ifadə edir. Aİ onun icrasını dəstəkləməyə, regional əlaqələri gücləndirməyə, icmaların illərlə davam edən münaqişəni arxada qoymasına və davamlı sülh, sabitlik və rifaha doğru irəliləməsinə tam sadiq qalır”, - Koşta əlavə edib. 

Azərbaycan prezidentinin saytında təbriklərə görə minnətdarlığını ifadə edən Əliyevin “sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin məhz ölkəmiz olduğunu” xatırlatdığı bildirilib. 

“Vaşinqtonda əldə olunmuş nailiyyətlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəminə toxunub”, - deyə qeyd olunub. 

Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.

Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.

Eyni zamanda, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri birgə bəyannamə ilə çıxış ediblər. 

Tramp həm də Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Solovyov: Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” zərurəti ola bilər 

13 Avqust 2025

Foto: açıq mənbə

“Rusiya-1” telekanalının aparıcısı və Kremlin təbliğatçısı Vladimir Solovyov Azərbaycana qarşı müharibə aparılması ehtimalından danışıb.  Verilişində çıxış edən Solovyov Xəzər dənizində NATO bazasının yaradılmasının qarşısını almaq üçün yeni bir “xüsusi hərbi əməliyyat”ın zəruri ola biləcəyini iddia edib. Rusiya bu ifadəni artıq dörd ilə yaxın davam edən Ukrayna işğalını təsvir etmək üçün istifadə edir. “Anlamaq lazımdır ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir. Yaxın zamanda Xəzər dənizi elə bir vəziyyətə düşə bilər ki, orada NATO bazaları yaransın. Bu isə o qədər təhlükəlidir ki, geosiyasi baxımdan elə nəticələrə gətirib çıxara bilər ki, [Ukrayna müharibəsi] bizim nəslimizin sonuncu xüsusi hərbi əməliyyatı olmaya bilər”,...
Siyasət

Paraflanmış mətn, bəyannamə, “Tramp marşrutu": Sülh olacaqmı? 

12 Avqust 2025

Foto: president.az

Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir. Eyni zamanda, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri birgə bəyannamə ilə çıxış ediblər.  Tramp həm də Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib. Beynəlxalq media orqanlarının xəbəri Azərbaycan və Ermənistanın sülh sazişi bağlaması kimi təqdim etməsinə baxmayaraq, sülh sazişi hələ də imzalanmayıb. Azərbaycan prezidenti İlham Əliyev də Vaşinqtonda azərbaycanlı jurnalistlərə müsahibəsində...

Seçilmiş Videolar

Toplum TV loqo