Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr, 2026
27

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb.

AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib. 

“İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib.

Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir:

“Assambleya bu yaxınlarda qəbul etdiyi qətnamədə cənab Məmmədlinin məhkəməyəqədər həbsinin və təqibinin sırf siyasi səbəblərdən tətbiq edildiyini hesab etdi. Bu da onun Assambleyanın siyasi məhbus tərifinə düşdüyünü göstərir. Sentyabrın 7-də verilən hökm bu qənaəti daha da gücləndirir və Azərbaycanda onsuz da ağır olan insan haqları vəziyyətini daha da pisləşdirir”.

Baş məruzəçi Anar Məmmədlinin məhkum edilməsinin Azərbaycanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini də vurğulayıb.

“Siyasi məhbusların Avropada yeri yoxdur. Məmmədlinin məhkum edilməsi, Avropa İnsan Hüquqları Konvensiyası da daxil olmaqla, Azərbaycanın beynəlxalq öhdəlikləri ilə açıq şəkildə ziddiyyət təşkil edir”, - Rojhan bildirib.

O, Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azad etməyə və onun məhkumluğunun müstəqil şəkildə nəzərdən keçirilməsini təmin etməyə çağırıb.

Rojhan həmçinin “fəaliyyətlərinə və fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilən” digər hüquq müdafiəçilərinin və jurnalistlərin azadlığa buraxılmasını istəyib.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsi ilə ittiham olunur. QHT rəhbəri özünü təqsirli saymır. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.
A.Abdulla isə ötən il aprelin 8-də Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.

Ona qarşı qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qaçaqmalçılıq, vergi və sosial sığorta ödənişlərindən yayınma, habelə rəsmi sənədləri, möhürləri, ştampları və blankları saxtalaşdırma maddələri ilə ittiham irəli sürülüb.

Bu il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədliyə 13, Anar Abdullaya isə 12 il həbs cəzası verib.

Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus hesab edilən şəxs var. Ölkə rəsmiləri isə Azərbaycanda heç kimin siyasi motivlərlə təqib olunmadığını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda daha bir QHT rəhbəri 8 il şərti həbs cəzası alıb

11 Sentyabr 2026

sosial media

“Qazax Regional İnkişaf Resursları” İctimai Birliyinin sədri, tarixçi Məhərrəm Göyüşoğluna 4 il sınaq müddəti olmaqla 8 il şərti həbs cəzası verilib. "Abzas Media"nın xəbərinə görə, hökm sentyabrın 4-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Məhərrəm Göyüşoğlu Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib. Məhkəmə ona 3 il qeyri-hökumət təşkilatlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan da məhrum edib. Məlumata görə, məhkəmə Göyüşoğlunun üç övladının olmasını, onlardan birinin azyaşlı olmasını, həmçinin II qrup əlilliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Göyüşoğlu məhkəmədə ona verilən ittihamlar üzrə özünü qismən təqsirli bilib....
Siyasət

Fazil Qasımov: “Həbsxana girovluğundan azad olmağım üçün mənə kömək edin”

11 Sentyabr 2026

açıq mənbə

Həbsdə olan iqtisadçı-alim Fazil Qasımov Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə və ABŞ-nin vitse-prezidenti Cey Di Vensə müraciət edərək azadlığa buraxılması və təhlükəsizliyinin təmin olunması üçün yardım istəyib. Fazil Qasımovun ailə üzvlərinin “Toplum TV” ilə paylaşdığı müraciətlərdə iqtisadçı avqustun 18-də Ursula von der Leyenə, avqustun 31-də isə Cey Di Vensə yazaraq Azərbaycanda siyasi təqibə məruz qaldığını bildirib. “3 ildir qanunsuz olaraq saxlanıldığım Azərbaycan həbsxanasında girovluqdan azad olunmağım üçün köməklik göstərəcəyinizə ümid edirəm”, - Qasımov von der Leyenə müraciətində yazıb. Alim ona qarşı irəli sürülən saxta pul dövriyyəsi ittihamını qəbul etmədiyini bildirib. O, həbsini iqtisadçı Qubad İbadoğlu ilə birlikdə Londonda...

Seçilmiş Videolar

Toplum TV loqo