Siyasət

Fazil Qasımov: “Həbsxana girovluğundan azad olmağım üçün mənə kömək edin”

11 Sentyabr, 2026
53

açıq mənbə

Həbsdə olan iqtisadçı-alim Fazil Qasımov Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə və ABŞ-nin vitse-prezidenti Cey Di Vensə müraciət edərək azadlığa buraxılması və təhlükəsizliyinin təmin olunması üçün yardım istəyib.

Fazil Qasımovun ailə üzvlərinin “Toplum TV” ilə paylaşdığı müraciətlərdə iqtisadçı avqustun 18-də Ursula von der Leyenə, avqustun 31-də isə Cey Di Vensə yazaraq Azərbaycanda siyasi təqibə məruz qaldığını bildirib.

“3 ildir qanunsuz olaraq saxlanıldığım Azərbaycan həbsxanasında girovluqdan azad olunmağım üçün köməklik göstərəcəyinizə ümid edirəm”, - Qasımov von der Leyenə müraciətində yazıb.

Alim ona qarşı irəli sürülən saxta pul dövriyyəsi ittihamını qəbul etmədiyini bildirib. O, həbsini iqtisadçı Qubad İbadoğlu ilə birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunu (AYEF) yaratması ilə əlaqələndirib.
Qasımovun fikrincə, bu təşəbbüs Azərbaycan hakimiyyətinin narazılığına səbəb olub.

O, istintaq zamanı zorakılığa və psixotrop maddələrlə zəhərlənməyə məruz qaldığını iddia edir.
Müraciətlərdə həmçinin istintaq və məhkəmə prosesində müdafiə tərəfinin maddi sübutlarla tanış olmasının məhdudlaşdırıldığı, bəzi video materialların məhv edildiyi bildirilir. Qasımov saxlanıldığı müəssisələrdə qeyri-insani rəftar, zorakılıq və həyatına sui-qəsd cəhdi ilə üzləşdiyini də yazır.

“Mən hazırda ekzistensial təhlükə altında olduğuma görə sizə müraciət edərək, mənim girovluqdan azad olunub elmi fəaliyyətimi davam etdirməyimə və təhlükəsizliyimin təmin olunmasına köməklik göstərməyinizi xahiş edirəm”, - o, Avropa Komissiyası prezidentinə müraciətində qeyd edib.

Vensə müraciətində Qasımov fevralın 9-da daha dörd siyasi məhbus sayılan şəxslə birlikdə Siyasi Məhbusların Müdafiə Komitəsinin təşəbbüs qrupu adından ona məktub göndərdiyini xatırladıb.

“Azərbaycanda mövcud olan siyasi məhbus probleminə və onun ABŞ-Azərbaycan münasibətləri üçün yarada biləcəyi risklərə diqqətinizi çəkmişdim”, - Qasımov yazıb.

O, Vensdən də azadlığa buraxılmasına və təhlükəsizliyinin təmininə kömək göstərilməsini istəyib.

“Siz bu yaxınlarda Böyük Britaniyada baş vermiş faciəvi hadisə ilə bağlı vicdanlı mövqe ortaya qoyaraq zorakılığa qarşı olduğunuzu səmimi şəkildə nümayiş etdirdiniz. Mənim də təhlükəsizliyimin təmin olunmasına köməklik göstərməyinizi xahiş edirəm”, - müraciətdə deyilir.

İqtisadçı Qubad İbadoğlunun işi üzrə 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin saxta pul və ya xarici valyutanı satış məqsədilə hazırlama, əldə etmə və ya satma, həmin əməllərin mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə ittiham olunub.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub. O, saxta pul və ya xarici valyutanı satış məqsədilə hazırlama, əldə etmə və ya satma, habelə dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. İbadoğlu ittihamları rədd edir.
2024-cü ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri polis nəzarəti ilə əvəzlənib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...
Siyasət

Azərbaycanda daha bir QHT rəhbəri 8 il şərti həbs cəzası alıb

11 Sentyabr 2026

sosial media

“Qazax Regional İnkişaf Resursları” İctimai Birliyinin sədri, tarixçi Məhərrəm Göyüşoğluna 4 il sınaq müddəti olmaqla 8 il şərti həbs cəzası verilib. "Abzas Media"nın xəbərinə görə, hökm sentyabrın 4-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Məhərrəm Göyüşoğlu Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib. Məhkəmə ona 3 il qeyri-hökumət təşkilatlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan da məhrum edib. Məlumata görə, məhkəmə Göyüşoğlunun üç övladının olmasını, onlardan birinin azyaşlı olmasını, həmçinin II qrup əlilliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Göyüşoğlu məhkəmədə ona verilən ittihamlar üzrə özünü qismən təqsirli bilib....

Seçilmiş Videolar

Toplum TV loqo