Siyasət

Taleh Bağırzadənin övladlarının işi üzrə ilk məhkəmə iclası keçirilib

11 Sentyabr, 2026
8

sosial media

Sentyabrın 10-da Xəzər Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin övladlarının işi üzrə ilk məhkəmə iclası keçirilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, iclasda məlum olub ki, yeniyetmələr təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılsalar da, ittiham aktı indiyədək nə onların qanuni nümayəndəsi olan anaları Leyla İsmayılzadəyə, nə də vəkillərinə təqdim edilib. Bu səbəbdən tərəflər məhkəmə prosesinə hazırlaşa bilməyiblər.

Hakim Vüqar Məhərrəmov ittiham aktını vəkilə və yeniyetmələrin anasına təqdim edib. Tərəflərə sənədlə tanış olmaları üçün sentyabrın 17-dək vaxt verilib.

Taleh Bağırzadənin övladları oxuduqları Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə yeniyetmələr arasında baş verən dava ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunublar.
Leyla İsmayılzadə daha əvvəl cinayət işini “təxribat” adlandırıb. Onun sözlərinə görə, oğlu mübahisə zamanı yalnız özünü müdafiə edib.

Qardaşlardan Məhəmmədhəsən Bağırzadəyə Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə və ya ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Digər qardaş Məhəmmədhüseyn Bağırzadə isə yalnız 221.2.1-ci maddə ilə təqsirləndirilir.

CM-nin 127.2.3-cü maddəsi üzrə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 221.2.1-ci maddə üzrə isə islah işləri və azadlığın məhdudlaşdırılması ilə yanaşı, 3 ilədək həbs cəzası da tətbiq oluna bilər.

Taleh Bağırzadə 2015-ci ilin noyabrında, ikisi polis olmaqla yeddi nəfərin öldürüldüyü Nardaran hadisələri zamanı həbs edilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.

İlahiyyatçı polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və digər ağır cinayətlərdə ittiham olunsa da, özünü təqsirli bilmir və sifarişlə həbs edildiyini bildirir.

2025-ci ilin iyulunda Avropa İnsan Hüquqları Məhkəməsi Taleh Bağırzadənin hüquqlarının pozulduğuna dair qərar verib. Qərara əsasən, Azərbaycan hökuməti ona 10 min avro təzminat ödəməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Prezident qida təhlükəsizliyinə dair dövlət proqramını təsdiqləyib

10 Sentyabr 2026

president.az

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə  baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu  göstərir."  "Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə  mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində  bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub.  Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib.  Daha öncə "Toplum TV"yə danışan müstəqil ekspertlər isə...
Siyasət

Moldovada Rusiyaya casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb

10 Sentyabr 2026

Poliția Republicii Moldova

Moldova polisi sentyabrın 8-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) üçün məlumat toplamaqda şübhəli bilinən 49 yaşlı Azərbaycan vətəndaşını saxladığını açıqlayıb. Adı açıqlanmayan şəxsin paytaxt Kişinyovda saxlanıldığı bildirilir. Hüquq-mühafizə orqanlarının iddiasına görə, o, Moldovadakı hərbi obyektlər, eləcə də ABŞ-yə aid hədəflər barədə məlumat toplayıb. Dövlətə mediası olan “Moldpress” agentliyi yazır ki, həmin şəxs 2026-cı ilin avqustunda FSB tərəfindən əməkdaşlığa cəlb olunub. İstintaq onun Moldova və Ukraynada təxribat aktları törətməyə hazırlaşdırıldığını iddia edir. Polisin məlumatına əsasən, şübhəlinin evində aparılan axtarış zamanı götürülən mobil telefonda özünü FSB əməkdaşı kimi təqdim etdiyi deyilən şəxslə əlaqəni göstərən məlumatlar aşkarlanıb.  Azərbaycan vətəndaşına icazəsiz məlumat toplama ittihamı...

Seçilmiş Videolar

Toplum TV loqo