sosial media
Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib.
38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə
baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu
göstərir."
"Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə
mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində
bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub.
Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib.
Daha öncə "Toplum TV"yə danışan müstəqil ekspertlər isə düşünür ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı əsas problem ölkənin lazımi ərzaqlarla özünütəminat səviyyəsinin aşağı olmasıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Moldovada Rusiyaya casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb
Poliția Republicii Moldova
Ordubad sakini: “Rusiyadan qayıdanlar polis idarəsində narkotik testinə məcbur edilir”
ChatGpt
Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar”
Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?
Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir"
Tbilisi-Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası
Məhkəmə Fazil Qasımovun lehinə qərar verib: “Müstəntiq imzaları saxtalaşdırıb”