Siyasət

Azərbaycanda daha bir QHT rəhbəri 8 il şərti həbs cəzası alıb

11 Sentyabr, 2026
22

sosial media

“Qazax Regional İnkişaf Resursları” İctimai Birliyinin sədri, tarixçi Məhərrəm Göyüşoğluna 4 il sınaq müddəti olmaqla 8 il şərti həbs cəzası verilib.

"Abzas Media"nın xəbərinə görə, hökm sentyabrın 4-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Məhərrəm Göyüşoğlu Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib. Məhkəmə ona 3 il qeyri-hökumət təşkilatlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan da məhrum edib.

Məlumata görə, məhkəmə Göyüşoğlunun üç övladının olmasını, onlardan birinin azyaşlı olmasını, həmçinin II qrup əlilliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.

Göyüşoğlu məhkəmədə ona verilən ittihamlar üzrə özünü qismən təqsirli bilib. Məhkəmə isə onun ifadəsinin məsuliyyətini yüngülləşdirməyə yönəldiyi qənaətinə gəlib və ittihamların digər sübutlarla təsdiqləndiyini bildirib.

Bir neçə il öncə xitam verilmiş "QHT işi" 2025-ci ilin martında yenidən açılıb. İş çərçivəsində bir sıra vətəndaş cəmiyyəti fəalları həbs olunub, digərləri isə polis nəzarətinə verilib və ya barələrində axtarış elan olunub.

Təqsirləndirilən şəxslər bir qayda olaraq ittihamları rədd edirlər, hakimiyyətin sifarişi ilə təqib olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...
Siyasət

Fazil Qasımov: “Həbsxana girovluğundan azad olmağım üçün mənə kömək edin”

11 Sentyabr 2026

açıq mənbə

Həbsdə olan iqtisadçı-alim Fazil Qasımov Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə və ABŞ-nin vitse-prezidenti Cey Di Vensə müraciət edərək azadlığa buraxılması və təhlükəsizliyinin təmin olunması üçün yardım istəyib. Fazil Qasımovun ailə üzvlərinin “Toplum TV” ilə paylaşdığı müraciətlərdə iqtisadçı avqustun 18-də Ursula von der Leyenə, avqustun 31-də isə Cey Di Vensə yazaraq Azərbaycanda siyasi təqibə məruz qaldığını bildirib. “3 ildir qanunsuz olaraq saxlanıldığım Azərbaycan həbsxanasında girovluqdan azad olunmağım üçün köməklik göstərəcəyinizə ümid edirəm”, - Qasımov von der Leyenə müraciətində yazıb. Alim ona qarşı irəli sürülən saxta pul dövriyyəsi ittihamını qəbul etmədiyini bildirib. O, həbsini iqtisadçı Qubad İbadoğlu ilə birlikdə Londonda...

Seçilmiş Videolar

Toplum TV loqo