Siyasət

Moldovada Rusiyaya casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb

10 Sentyabr, 2026
102

Poliția Republicii Moldova

Moldova polisi sentyabrın 8-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) üçün məlumat toplamaqda şübhəli bilinən 49 yaşlı Azərbaycan vətəndaşını saxladığını açıqlayıb.

Adı açıqlanmayan şəxsin paytaxt Kişinyovda saxlanıldığı bildirilir.

Hüquq-mühafizə orqanlarının iddiasına görə, o, Moldovadakı hərbi obyektlər, eləcə də ABŞ-yə aid hədəflər barədə məlumat toplayıb.

Dövlətə mediası olan “Moldpress” agentliyi yazır ki, həmin şəxs 2026-cı ilin avqustunda FSB tərəfindən əməkdaşlığa cəlb olunub. İstintaq onun Moldova və Ukraynada təxribat aktları törətməyə hazırlaşdırıldığını iddia edir.

Polisin məlumatına əsasən, şübhəlinin evində aparılan axtarış zamanı götürülən mobil telefonda özünü FSB əməkdaşı kimi təqdim etdiyi deyilən şəxslə əlaqəni göstərən məlumatlar aşkarlanıb. 

Azərbaycan vətəndaşına icazəsiz məlumat toplama ittihamı irəli sürülüb. Təqsirli bilinərsə, onu beş ilədək həbs cəzası gözləyir.

Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra Moskva ilə münasibətləri kəskinləşən Moldovada Rusiyanın mümkün casusluq və müdaxilə fəaliyyəti ilə bağlı növbəti iddiadır. Moskva əvvəllər Moldovaya müdaxilə ilə bağlı ittihamları rədd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”

16 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb. Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib. O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib. “Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb. Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan...

Seçilmiş Videolar

Toplum TV loqo