coe.int
Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan 14 ərizəçinin göndərdiyi iki şikayət üzrə mülkiyyət hüququnun pozuntusunu tanıyıb.
Məhkəmə işinin predmeti Bakıdakı “Qış Parkı”nın inşası zamanı ərazidəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr olub.
Ərizəçilər onlara məxsus əmlakların sökülməsi, özgəninkiləşdirilməsi prosesinin qanunsuzluğunu milli məhkəmələrdə mübahisələndirsələr də, şikayətləri təmin edilməmişdi. Onlar AİHM-ə ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, səmərəli müdafiə vasitələrinə malik olmaq, mülkiyyət, eləcə də, fərdi şikayət vermək hüquqlarına müdaxilənin baş verməsindən şikayət etmişdilər.
AİHM bütün ərizəçilərə münasibətdə mülkiyyət hüququnun, ərizəçilərin əksəriyyətinə münasibətdə fərdi şikayət vermək hüquqlarının pozulmasına qərar verib.
Ərizəçilərin ədalətli əvəzlə bağlı tələblərinə gəlincə, Avropa Məhkəməsi qərarında qeyd edib ki, ərizəçilərə təzminatların ödənilməsinə qərar verməyə hazır deyil. Qərara əsasən, məhkəmə ərizəçilərə münasibətdə təzminatın müəyyən edilməsi hüququnu özündə saxlayır, Azərbaycan hökuməti 3 ay ərzində bununla bağlı yazılı təqdimatını AİHM-ə göndərməlidir.
Ərizəçilər AİHM-dən maddi və mənəvi zərərə, xərc və məsrəflərə görə ümumilikdə, 10 milyon 263 min manat və 202 min 500 avro tələb ediblər. Hökumət iddia edilən məbləğin həddindən artıq olduğunu bildirib.
Ərizəçiləri AİHM qarşısında hüquqşunaslar İntiqam Əliyev və Samirə Ağayeva təmsil edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Getty Images
Foto: Toplum TV
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb