Foto: AP
Avstraliya Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını bildirib.
Bunu avqustun 11-də Avstraliyanın baş naziri Entoni Albanese deyib.
“Avstraliya BMT-nin Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini tanıyacaq. Bu addım iki dövlətli həll yoluna, Qəzzada atəşkəsə və girovların azad olunmasına yaxınlaşmaq istiqamətində atılır”, - deyə baş nazir bildirib.
Qəzza zolağında humanitar böhran və İsrailin qətliamının davam etdiyi vaxt bir sıra Qərb ölkələri Fələstini dövlət kimi tanıyacaqlarını bəyan ediblər.
Əvvəlcə Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi sentyabrda baş tutacaq Baş Assambleyadaa Fələstin dövlətini tanıyacaq. Ardınca Kanada və Malta liderləri də eyni addımı atacaqlarını deyiblər.
Böyük Britaniya Baş naziri Kir Starmer də oxşar bəyanatla çıxış edib, lakin o, bunu İsrail Qəzzada atəşkəsə razılaşmayacağı halda edəcəyini qeyd edib.
Portuqaliya Baş naziri Luis Monteneqro isə Fələstini dövlət kimi tanımağı ölkə prezidenti və parlamenti ilə müzakirə edəcəyini deyib.
Bəyanatlar ölkələrin İsrailin Qəzzada apardığı müharibə, blokada və yaranan aclıq fonunda narazılığını əks etdirir. 2023-cü ilin oktyabrından bəri aparılan müharibə 60 mindən çox fələstinlinin həyatına son qoyub və təxminən iki milyonluq əhalini kəskin səfalət və aclıq vəziyyətinə salıb.
Liderlər qərarlarını İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll yoluna töhfə vermək istəmələri ilə əsaslandırıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: president.az
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"