Pezeşkian: “Yeganə narahatlığımız dəhlizi ABŞ şirkətinin tikmək istəməsidir”
Foto: Reuters
İran prezidenti Məsud Pezeşkian Azərbaycanla Naxçıvanı birləşdirəcək və Ermənistan üzərindən keçəcək “Zəngəzur dəhlizi” ilə bağlı İranın mövqeyini açıqlayıb.
Avqustun 10-da jurnalistlərə danışan Pezeşkian deyib ki, məsələ ilə bağlı İranın bütün tələbləri təmin olunub.
“Əlbəttə, bu dəhliz xəbərlərdə şişirdildiyi kimi deyil. İran İslam Respublikasının nəzərdə tutduğu ərazi bütövlüyünün qorunması, Avropa ilə əlaqənin qurulması və şimal ilə əlaqənin kəsilməməsi çərçivəsi bu məsələdə təmin olunub”, - o bildirib.
“Yeganə narahatlıq doğuran məsələ odur ki, bu yolu bir erməni şirkəti və bir amerikalı şirkət tikmək istəyir,” – prezident əlavə edib.
Daha öncə İran xarici işlər naziri Abbas Araqçı da ABŞ şirkətinin tikintidə mümkün iştirakı ilə bağlı narahatlıq ifadə etmiş və məsələnin Ermənistan və Azərbaycan rəsmiləri ilə müzakirə edildiyini bildirmişdi.
“Biz hadisələri yaxından izləyirik”, – o qeyd edib.
O, həmçinin, bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə avqustun 11-də telefon danışığı baş tutacaq və Mirzoyanın müavini avqustun 12-də Tehrana səfər edəcək.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.
Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.
ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Foto: president.az
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"