Siyasət

AXCP: “Hakimiyyətin məqsədi Əli Kərimlini fiziki baxımdan sıradan çıxarmaqdır”

7 Sentyabr, 2026
12

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan sədri Əli Kərimlinin saxlanma şəraitinin onun sağlamlığı üçün ciddi risk yaratdığını bildirib.

Partiyanın sentyabrın 7-də yaydığı bəyanatda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Ə.Kərimliyə qarşı münasibət son üç ayda “xüsusilə amansız” olub.

AXCP-nin məlumatına görə, siyasətçi gecələr fasiləsiz səs-küyə məruz qalmaqla yuxudan məhrum edilir.

“Onu fasiləsiz yuxudan məhrum etmək məqsədilə gecələr xüsusi siqnal səsləndirməyə və səs-küylü ‘rituallar’ icra edən psixi cəhətdən pozğun şəxslə birlikdə saxlamağa davam edirlər. AXCP bəyan edir ki, Əli Kərimlinin sağlamlığı və təhlükəsizliyi məsələsi birbaşa dövlət başçısı İlham Əliyevin məsuliyyətində olan məsələdir”, – bəyanatda deyilir.

Partiya həmçinin Ə.Kərimlinin ailə ilə görüş və telefon danışığı hüququnun məhdudlaşdırıldığını, televiziyaya, kitablara və digər çap materiallarına çıxışının olmadığını bildirir.

Bəyanatda siyasətçinin gündəlik iki saat havada olmaq hüququna baxmayaraq, yalnız 15-30 dəqiqə gəzintiyə buraxıldığı, idman zalından istifadəsinin dayandırıldığı və peşəkar tibbi müayinə ilə təmin edilmədiyi də vurğulanır. AXCP, həmçinin ailənin gətirdiyi sovqatın minimal həddə qəbul edildiyini və Ə.Kərimlinin kifayət qədər su içməsi üçün şərait yaradılmadığını qeyd edib.

“Azərbaycan hakimiyyətinin əsas məqsədi yuxudan məhrumetmə işgəncəsi ilə Əli Kərimlinin beyin fəaliyyətini pozaraq onu fiziki baxımdan sıradan çıxarmaqdır”, - partiya bildirib.

Partiya yerli və beynəlxalq ictimaiyyəti Ə.Kərimlinin sağlamlığı və təhlükəsizliyi məsələsini gündəmdə saxlamağa, hakimiyyəti isə onu dərhal azad etməyə çağırıb.

DTX və Penitensiar Xidmət iddialara münasibət bildirməyib. 

AXCP sədri Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur.
Əli Kərimli ötən il noyabrın 29-da saxlanılıb. Həmin gün onun evində axtarış aparılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni iş üzrə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də həbs olunub. Ona da Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Hökumətyönlü media Əli Kərimli və Məmməd İbrahimin həbsini Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan “Ramiz Mehdiyev işi” ilə əlaqələndirib.

Əli Kərimli Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları rədd edərək onları “tamamilə əsassız” adlandırıb. AXCP rəhbərliyi isə partiya sədrinin həbsini siyasi motivli sayır və bunu “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Putin Əliyevə zəng edib

7 Sentyabr 2026

president.az

Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ticarət-iqtisadi və humanitar əməkdaşlıqla bağlı bir sıra aktual məsələləri müzakirə ediblər. Məlumatda bildirilir ki, dövlət başçıları müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin fəallaşdırılması barədə razılığa gəliblər. Bu telefon danışığı Putin və Əliyevin iyulun 28-dən sonra ikinci təmasıdır. Həmin danışıqda tərəflər ikitərəfli və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə etmiş, Rusiya-Azərbaycan münasibətlərinin “konstruktiv xarakterini” vurğulamışdılar. Bundan əvvəl, sentyabrın 1-də liderlər Bişkekdə ŞƏT sammiti çərçivəsində qısa görüşmüşdülər. Bu təmaslar Moskva ilə Bakı arasında bir müddət davam edən gərginlikdən sonra münasibətlərin normallaşması fonunda baş tutur. Moskva ilə...
Siyasət

Ötən ay azadlığa çıxan AXCP üzvünün yenidən saxlanıldığı bildirilir

4 Sentyabr 2026

sosial media

Avqustun 7-də azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon Təşkilatının sədri Zamin Salayevin yenidən saxlanıldığı bildirilir. Bu barədə sentyabrın 4-də fəalın yaxınları sosial mediada məlumat yayıblar. Onlar Zamin Salayevin hazırda harada olduğunu dəqiqləşdirə bilmədiklərini deyiblər. “Rəsmi şəkildə dəqiqləşdirə bilmədiyimiz iki məlumata görə, onu Salyanda saxlayaraq Bakıya aparıblar. Axşam saatlarında Zamin Salayev üç avtomobillə məhəlləsinə qədər təqib edilib. O, bu gün saat 12 radələrində əvvəlcədən planlaşdırdığı avtomobil cəriməsi ilə bağlı məsələni həll etmək üçün rayon polis şöbəsinə gedib. Təxminən saat 14 radələrində onun saxlanıldığı barədə xəbər tutmuşuq. Bu vaxta qədər Salayevlə telefon əlaqəsi yaratmaq mümkün olmayıb. Rayon polis şöbəsi...

Seçilmiş Videolar

Toplum TV loqo