Siyasət

Putin Əliyevə zəng edib

7 Sentyabr, 2026
18

president.az

Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ticarət-iqtisadi və humanitar əməkdaşlıqla bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.

Məlumatda bildirilir ki, dövlət başçıları müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin fəallaşdırılması barədə razılığa gəliblər.

Bu telefon danışığı Putin və Əliyevin iyulun 28-dən sonra ikinci təmasıdır. Həmin danışıqda tərəflər ikitərəfli və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə etmiş, Rusiya-Azərbaycan münasibətlərinin “konstruktiv xarakterini” vurğulamışdılar.

Bundan əvvəl, sentyabrın 1-də liderlər Bişkekdə ŞƏT sammiti çərçivəsində qısa görüşmüşdülər.

Bu təmaslar Moskva ilə Bakı arasında bir müddət davam edən gərginlikdən sonra münasibətlərin normallaşması fonunda baş tutur.

Moskva ilə Bakı arasında münasibətlər 2024-cü ilin dekabrında Aktau yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğramasından sonra pisləşmişdi. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olmuşdu. İlham Əliyev 2025-ci ilin yanvarında təyyarənin vurulmasına görə Rusiya nümayəndələrini ittiham etmişdi.

2025-ci ilin yayında Yekaterinburqda doqquz Azərbaycan vətəndaşının saxlanılması gərginliyi daha da artırmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi insidentlə bağlı Rusiyaya etirazını bildirmiş, iki azərbaycanlının öldüyünü açıqlamışdı.

Bundan sonra Rusiya baş nazirinin müavini Aleksey Overçukun Bakıya səfəri ləğv edilmiş, Azərbaycanda Rusiyanın iştirakı ilə keçirilməsi nəzərdə tutulan mədəni tədbirlər dayandırılmışdı. Milli Məclis də Moskvada parlamentlərarası əməkdaşlıq komissiyasının iclasında iştirakdan imtina etmişdi.

İyunun 30-da “Sputnik Azərbaycan”ın redaksiyasında axtarış və saxlanılmalar aparılmış, iki əməkdaş saxlanılmışdı. Ardınca Rusiya XİN onların azadlığa buraxılması tələbi ilə Azərbaycanın Moskvadakı səfirinə nota vermişdi.

Putin sonradan Rusiya hava hücumundan müdafiə sisteminə aid iki raketin AZAL təyyarəsinin yaxınlığında partladığını etiraf etsə də, hadisəni həmin ərazidə Ukraynaya məxsus pilotsuz uçuş aparatının olması ilə əlaqələndirmişdi. Əliyev isə daha sonra münasibətlərin “tam normallaşdığını” bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP: “Hakimiyyətin məqsədi Əli Kərimlini fiziki baxımdan sıradan çıxarmaqdır”

7 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan sədri Əli Kərimlinin saxlanma şəraitinin onun sağlamlığı üçün ciddi risk yaratdığını bildirib. Partiyanın sentyabrın 7-də yaydığı bəyanatda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Ə.Kərimliyə qarşı münasibət son üç ayda “xüsusilə amansız” olub. AXCP-nin məlumatına görə, siyasətçi gecələr fasiləsiz səs-küyə məruz qalmaqla yuxudan məhrum edilir. “Onu fasiləsiz yuxudan məhrum etmək məqsədilə gecələr xüsusi siqnal səsləndirməyə və səs-küylü ‘rituallar’ icra edən psixi cəhətdən pozğun şəxslə birlikdə saxlamağa davam edirlər. AXCP bəyan edir ki, Əli Kərimlinin sağlamlığı və təhlükəsizliyi məsələsi birbaşa dövlət başçısı İlham Əliyevin məsuliyyətində olan məsələdir”, – bəyanatda deyilir. Partiya...
Siyasət

Ötən ay azadlığa çıxan AXCP üzvünün yenidən saxlanıldığı bildirilir

4 Sentyabr 2026

sosial media

Avqustun 7-də azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon Təşkilatının sədri Zamin Salayevin yenidən saxlanıldığı bildirilir. Bu barədə sentyabrın 4-də fəalın yaxınları sosial mediada məlumat yayıblar. Onlar Zamin Salayevin hazırda harada olduğunu dəqiqləşdirə bilmədiklərini deyiblər. “Rəsmi şəkildə dəqiqləşdirə bilmədiyimiz iki məlumata görə, onu Salyanda saxlayaraq Bakıya aparıblar. Axşam saatlarında Zamin Salayev üç avtomobillə məhəlləsinə qədər təqib edilib. O, bu gün saat 12 radələrində əvvəlcədən planlaşdırdığı avtomobil cəriməsi ilə bağlı məsələni həll etmək üçün rayon polis şöbəsinə gedib. Təxminən saat 14 radələrində onun saxlanıldığı barədə xəbər tutmuşuq. Bu vaxta qədər Salayevlə telefon əlaqəsi yaratmaq mümkün olmayıb. Rayon polis şöbəsi...

Seçilmiş Videolar

Toplum TV loqo