ABŞ-nin sabiq müdafiə naziri: “İranla müharibə daha altı ay davam edə bilər”
war.gov
ABŞ-nin sabiq müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Leon Panetta İranla müharibəsinin daha altı ay davam edə biləcəyini deyib.
O, “The Guardian”a müsahibəsində bildirib ki, prezident Donald Trampın altı aydan çox əvvəl başladığı müharibə İraq və Əfqanıstandakı kimi Yaxın Şərqdə növbəti “daimi” və uğursuz müharibəyə çevrilmək riski daşıyır.
“ABŞ və İran müharibəni başa çatdırmaq üçün çox az imkanın olduğu ağır dalana dirəniblər”, – Panetta deyib.
Onun fikrincə, Trampın üç seçimi var: hərbi əməliyyatları dayandıraraq müharibənin uğursuz olduğunu qəbul etmək, tərəflərin qarşılıqlı zərbələr endirdiyi mövcud dalanı uzatmaq və ya Hörmüz boğazına nəzarəti ələ keçirərək İranın onu bağlamaq imkanını aradan qaldırmaq.
Panetta ikinci variantın Yaxın Şərqdə uzunmüddətli müharibəyə yol açacağını, ABŞ-nin isə yalnız Hörmüz boğazını yenidən açmağı əsas məqsəd seçərsə uğur qazana biləcəyini deyib.
O, ABŞ ordusunun katibi Den Driskollun müdafiə naziri Pit Heqsetlə fikir ayrılığı xəbərləri fonunda istefa verməsinin Pentaqonda qarışıqlıq yaratdığını bildirib. Panettanın sözlərinə görə, bu vəziyyət ABŞ-nin rəqiblərinə zəiflik mesajı verir.
Pentaqon isə bu iddiaları rədd edib. Qurumun baş sözçüsü Şon Parnell departamentdə qarışıqlıq olması ilə bağlı fikirləri “tamamilə əsassız” adlandırıb və Pentaqonun Heqsetin rəhbərliyi altında “tam gücü ilə işlədiyini” deyib.
Müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayıb. İran isə buna İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrinə zərbələrlə cavab verib.
Tərəfləra arasında apreldə atəşkəs əldə olunsa da, münaqişə başa çatmış hesab olunmur.
Sentyabrın 1-də tərəflər yenidən qarşılıqlı hücumlar həyata keçirib. ABŞ ordusu SEPAH-a məxsus hədəflərə, hava hücumundan müdafiə və radar sistemlərinə, həmçinin dəniz obyektlərinə zərbələr endirdiyini açıqlayıb. İranın məlumatına görə, həmin zərbələr nəticəsində azı 15 nəfər həlak olub. ABŞ isə mülki şəxsləri hədəf almadığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar”
Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”
Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?
Kartdan karta köçürmələrə limit nəyi dəyişəcək?