Siyasət

“Amnesty International” Bəhruz Səmədovla bağlı petisiya başladıb

4 Sentyabr, 2026
137

sosial media

“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının Belçika bölməsi həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun azadlığa buraxılması tələbi ilə petisiya başladıb.

Avqustun 28-də başladılan petisiya Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanıb.

Təşkilat Səmədova qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu və ictimaiyyətə heç bir etibarlı sübutun təqdim edilmədiyini bildirib.

“Amnesty International” həmçinin onun həbsdə olduğu müddətdə fiziki və psixoloji vəziyyətinin pisləşdiyini qeyd edib.

 

Petisiyada Səmədov azadlığa buraxılanadək onun lazımi tibbi yardımla təmin edilməsi, beynəlxalq standartlara uyğun şəraitdə saxlanılması, müstəqil müşahidəçilərin və Ombudsman nümayəndələrinin onunla görüşməsinə şərait yaradılması tələb olunur.

“Bəhruz Səmədov ağır saxlanma şəraiti ilə tanınan Umbakı Penitensiar Kompleksinin ciddi rejimli həbsxanasına köçürülüb. Onu yeganə sağ qalan qohumu - 83 yaşlı nənəsi Zibeydə Osmanovadan 70 kilometr uzaqlaşdıran bu köçürülmə ilə bağlı şikayəti təmin edilmədikdən sonra Səmədov yenidən aclıq aksiyasına başlayıb.

Umbakı həbsxanasında Bəhruz Səmədova həftədə yalnız iki dəfə telefonla danışmağa icazə verilir. Onun həbsxananın həyətinə çıxmasına icazə verilmir və gündə maksimum iki saat ərzində cəmi bir metrlik balkona çıxa bilir. O, həmçinin televiziya və radiodan məhrum edilib”, - təşkilat vurğulayıb.

“Amnesty International” xatırladıb ki, Bəhruz Səmədov həbsxanadan göndərdiyi müraciətdə beynəlxalq ictimaiyyəti ona dəstək verməyə çağırıb:

“Bu gün insan ləyaqətini müdafiə edən hər kəsə müraciət edirəm: məni tək qoymayın. Bütün mümkün vasitələrlə hərəkət edin. Beynəlxalq həmrəyliyin gücünə qəti şəkildə inanıram. Həyatımı xilas etmək və bu şərə son qoymaq üçün əlinizdən gələni edin”.

Petisiya çərçivəsində 10 min imzanın toplanması hədəflənir.

B.Səmədov daha əvvəl də saxlanma şəraitindən və tibbi xidmətə çıxış imkanlarının məhdudluğundan şikayət edib. O, dar otaqda saxlanıldığını, açıq havaya və Günəş işığına yetərli çıxışının olmadığını, bunun nəticəsində dəri ekzemasının gücləndiyini bildirib. Səmədov gözündəki problemlə bağlı oftalmoloq tərəfindən müayinə olunsa da, ona yalnız göz damcısı verildiyini deyib.

Mayın 21-də Ali Məhkəmə onun qapalı rejimli həbsxanaya köçürülməsi ilə bağlı şikayətini təmin etməyib.

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.

Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Özü isə ittihamı qəbul etmir, hakimiyyətin sifarişi ilə cəzalandırıldığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”

16 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb. Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib. O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib. “Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb. Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan...

Seçilmiş Videolar

Toplum TV loqo