Siyasət

Azərbaycan dünyada jurnalistlərin ən çox həbs edildiyi ölkələrdəndir - CPJ

20 Yanvar, 2025
34

açıq mənbədən götürülüb

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatına görə, Azərbaycanda 13 jurnalist və media əməkdaşı həbs edilib.

Hesabat 2023-cü ilin sonlarından 2024-cü il dekabrın 1-dək aparılıb. Ancaq həmin dövrdən sonra da ölkədə jurnalistlərin həbsi davam edib, bu müddətdə Meydan TV-nin altı jurnalisti və Toplum TV-nin bir jurnalisti həbs edilib.

Bu rəqəmlərlə birlikdə həbs edilən media nümayəndələrinin sayı 20-ə çatıb.

2023-cü ilin sonlarından Azərbaycanda Abzas Media, Kanal 13, Toplum TV, Meydan TV əməkdaşları həbs edilib. 

Saxlanılanlar onlara qarşı irəli sürülən bütün ittihamları rədd edir, tənqidi və araşdırma yazılarına görə həbs edildiklərini bildirirlər. 

Azərbaycan hökuməti isə jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini, ölkədə söz və ifadə azadlığının təmin olunduğunu bildirir.  

Jurnalistləri Müdafiə Komitəsinin hesabatına görə, 2023-cü ilin noyabrından 2024-cü il dekabrın 1-dək dünyada 361 jurnalist həbsdədir.

Çin, İsrail, Tunis və Azərbaycan həbslərin sayına görə yeni rekordlar müəyyənləşdirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

İmişlidə saxlanılan etirazçılara işgəncə verildiyi deyilir

21 Yanvar 2025

açıq mənbədən götürülüb

Yanvarın 18-də İmişlidə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasından sonra etirazlarda iştirak edənlərə işgəncələr verildiyi bildirilir. "Saxlanılanlarla çox pis rəftar olunub. Avtomobili aşıranlar, onu təpikləyənlər və "istefa" şüarı səsləndirənlərə olmazın işgəncələr verilib. Həmin axşam və gecə saatlarında polis idarəsindən xəstəxanaya aparılanlar olub", saxlanılan şəxslərin yaxınları Azadlıq Radiosuna belə deyirlər. Hadisədən sonrakı günlərdə rəsmi qeyri-iş günü olsa da, İmişli rayon Məhkəməsinin işlədiyi bildirilir. Rayon sakinlərindən biri saxlanılanlar barədə, hələlik, 15-30 sutkalıq inzibati həbs qərarları çıxarıldığını söyləyib. Həmçinin ətraf rayonlardan İmişliyə xeyli polis gətirilməsi haqda da xəbərlər var. "Rayonda elan olunmamış fövqəladə vəziyyət rejimi yaradılıb. Axşam və gecə saatlarında evlərə basqın...
Siyasət

Jurnalistikada Qadınlar üçün Koalisiya hakimiyyətdən mətbuata təzyiqləri dayandırmağı tələb edir

21 Yanvar 2025

www.womeninjournalism.org

Jurnalistikada Qadınlar üçün Koalisiya Amerikanın Səsinin jurnalisti Ülviyyə Əliyə (Quliyeva) qarşı “açıq-aşkar təzyiqi” və ölkədən çıxışına qadağa qoyulmasını pisləyib (Amerikanın Səsi). “Biz hakimiyyətdən təhqiqata son qoymağı, səyahət qadağasını qaldırmağı və mətbuata təzyiqləri dayandırmağı tələb edirik”, Koalisiyanın bəyanatında vurğulanır. Jurnalist yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə bağlı dindirilib və onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Ülviyyə Əli qadağanın onun sərbəst hərəkət etmə hüququnu pozduğunu və bunun jurnalist fəaliyyətinə təhdid kimi də qiymətləndirdiyini deyib. O, qərarla bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib. Jurnalistin sözlərinə görə, o, Meydan TV-nin əməkdaşı olmadığına görə qərar əsassızdır. Dekabr ayında Meydan TV-nin...

Seçilmiş Videolar

Toplum TV loqo