Siyasət

Azərbaycan rusiyalı keçmiş hakimin ekstradisiyasından imtina edib

10 Mart, 2025
213

açıq mənbədən götürülüb

Bakıda saxlanılan və Rusiya tərəfindən beynəlxalq axtarışa verilmiş rusiyalı keçmiş hakim Yelena Xaxalevanın ektradisiyasından imtina edilib. Bu barədə APA informasiya agentliyi onun vəkili Şəhla Hümbətovaya istinadən xəbər yayıb. 

Onun sözlərinə görə, Xaxalevanın Rusiyaya ekstradisiyası haqqında sorğuya Azərbaycan imtina cavabı verib. 

Keçmiş məhkəmə hakimi olan Xaxaleva yanvarın 28-də Dubaya uçmaq istəyərkən Bakı Beynəlxalq Hava Limanında saxlanılıb. Onun Rusiya hökuməti tərəfindən beynəlxalq axtarışa verildiyi bildirilirdi. O, özünə qarşı axtarışın siyasi motivli olduğunu iddia edir. 

Xaxaleva Gürcüstanda, sonra isə Azərbaycanda müalicə olunub. O, 2021-ci ilin dekabrında Rusiyanı tərk edib. Rusiya məhkəməsi 2022-ci ildə onun həbsinə qiyabi order verib. 

Yelena Xaxaleva dələduzluqda, vəzifə saxtakarlığında ittiham olunub. Onun barəsində cinayət işi 2021-ci ildə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tələbilə qaldırılıb. 

Fevralda Rusiyanın “RİA Novosti” xəbər agentliyi Xaxalevanın ailəsinin onun Krasnodardakı villalarını satmağa başladığını iddia edib. Yazıda, həmçinin onun BƏƏ-in Cumeyra adasında 90 milyon rubl dəyərində villasının olduğu qeyd olunub. 

Fevralın 4-ü Bakı Appelyasiya Məhkəməsi Xaxalevanın haqqındakı həbs qətimkan qərarını ləğv edib və onu polis nəzarətinə verib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Qabil Məmmədova 16 il qiyabi hökm oxunub

30 İyul 2025

Foto: sosial media

Almaniyada yaşayan və Azərbaycan hökumətini kəskin tənqid edən bloger Qabil Məmmədovun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.  "APA"-nın xəbərinə görə, iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə blogerə qiyabi hökm elan edilib. Hökmə əsasən, Q.Məmmədovun barəsində 16 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Cinayət işində iddia olunur ki, Məmmədov 2015-2017-ci illər ərzində 10 nəfər şəxsi dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə aldadıb və həmin şəxslərdən ümumilikdə 25,597 manat pul alıb. Həmçinin, Q.Məmmədovun sosial media hesablarından açıq şəkildə terrorçuluğa çağırışlar etdiyi iddia olunub.  Nəticədə bloger dələduzluq, terrorçuluq,...
Siyasət

Aİ gecikən islahatlar səbəbilə Ukraynaya yardımı azaldıb

28 İyul 2025

Foto: AP

Avropa İttifaqı (Aİ) gecikdirilən anti-korrupsiya islahatları səbəbilə Ukraynaya ayrılan yardımı kəsib.  Avropa Komissiyasının sözçüsü Gijom Mersyenin verdiyi məlumata görə, Ukraynaya “Ukrayna Mexanizmi” proqramı çərçivəsində ayrılacaq növbəti maliyyə yardımı planlaşdırıldığından az olacaq. Buna səbəb isə Aİ-nin gözlədiyi əsas islahatları Kiyevin tam yerinə yetirə bilməməsidir. Ukrayna proqram çərçivəsində dördüncü dəfə və indiyədək ən böyüyü olmaqla 4,5 milyard avro almağı hədəfləyirdi. Lakin nəticədə təxminən 3 milyard avro alacaq. Ukrayna yardım qarşılığında 16 islahat həyata keçirməlidir. İndiyədək Ukrayna hökuməti bunlardan 13-nü həyata keçirdiyini bildirib.  Qalan yerinə yetirilməmiş islahatlar idarəetmənin mərkəzi hakimiyyətdən bölgələrə ötürülməsi, Ali Antikorrupsiya Məhkəməsinə hakim təyinatları və Aktivlərin Qaytarılması və İdarə Olunması...

Seçilmiş Videolar

Toplum TV loqo