Siyasət

Azərbaycanda cəmiyyət niyə ictimai-siyasi məsələlərə laqeyddir?

22 Aprel, 2025
1087

Toplum TV

Sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri hər zaman petisiyaların imzalanmasında və “event”lərdə aktivlik nümayiş etdirib. 

Məsələn, 2019-cu ildə həbsdə olan bloqer Mehman Hüseynovun azadlığa buraxılması ilə bağlı “Change.org” saytında yaradılan petisiyaya 5000-dən çox imza atılmışdı və Hüseynov azad edilmişdi. 

Eyni saytda 2018-ci ildə Bakıda ictimai nəqliyyatın xidmət haqqının yenidən 20 qəpik olması tələbilə petisiya başladılıb və 21 mindən çox imza toplanılıb. 2019-cu ildə küçə tamaşalarına icazə verilməsi məqsədilə yaradılan petisiyaya isə 13 mindən çox insan imza atıb. 

22 gündür azadlığa buraxılması üçün aclıq aksiyası keçirən müxalif siyasətçi Tofiq Yaqublu üçün isə bu ana qədər cəmi 440 səs toplanıb. 

Siyasi şərhçi Alya Yaqublu düşünür ki, bunun səbəblərindən biri Azərbaycanda 2018-2019-cu illərlə müqayisədə daha sərt repressiya mühitinin olmasıdır. O xatırladır ki, 2019-cu ildə Milli Şura “Məhsul” stadionunda mitinq keçirə bilirdi. 

“Lakin o mitinqə gələnlərin belə kimlikləri anten məlumatlar vasitəsilə müəyyən olunmuşdu və onlara hakimiyyətin müxtəlif strukturları zəng edərək təzyiqlər edirdi. Öz təcrübəmdən deyə bilərəm ki, mitinqdə iştirak etdikdən sonra beş fərqli qurum mənə zəng edərək mitinqə niyə getdiyimi soruşmuşdu. Bununla da hakimiyyət “biz səni görürük” mesajını verirdi”. Hakimiyyətin bu kimi müdaxilə və təzyiqləri ilə növbəti mitinq və aksiyaların kütləviliyi azaldı”, - Yaqublu deyir. 

O əlavə edir ki, bu təzyiqlər insanları acizləşdirdi və hakimiyyətə müqavimət mövzusunda gücləri olmadığı fikrini möhkəmlətdi. 

Digər siyasi fəal Rüstəm İsmayılbəyli səbəbi ictimai-siyasi mühitin daralmasında, avtoritarizmin yüksəlişində görür.

“Azərbaycan kimi demokratik təsisatları və ictimai-siyasi ənənəsi çox zəif olan cəmiyyətlərdə siyasi mühit dövlət avtoitarlaşanda asanlıqla darala bilir. Biz də hazırda həmin dövrü yaşayırıq. 2019-cu ildə indiyə nisbətən bir az daha azad, danışıla bilən mühit var idi deyə daha çox insan prosesə qoşulurdu, daha çox insan öz sözünü deməyə həvəsli idi. İndi isə həm həbslər, həm etiraz aksiyalarının sıfra yaxınlaşması, həm vətəndaş cəmiyyəti və müstəqil mətbuatın fəaliyyətinin həddən artıq zəiflədilməsi nəticəsində artıq vəziyyət eyni deyil.” 

Siyasi fəal Vəfa Nağı deyir ki, passivliyin səbəbləri “ümidin itməsi, təzyiqin artması, informasiya axınının zəifləməsi və qorxunun yayılmasıdır”. 

“Son illər sosial şəbəkələrdə aktiv olan insanlar ya cərimələnib, ya da təzyiqlə üzləşiblər. Bu da bir çox istifadəçidə özünü senzura etmə meyli yaradıb. İnsanlar artıq açıq şəkildə mövqe bildirməkdən çəkinirlər. Hətta “Change.org” kimi platformalarda ad və soyad göründüyü üçün imzalamaqdan qorxurlar. Digər məsələ isə odur ki, 2019-cu ildə insanlar daha ümidli idi. Mehman Hüseynovun həbsi və aclıq aksiyası böyük ictimai reaksiya doğurdu, çünki insanlar inanırdı ki, birləşərək nəticə əldə etmək olar — və etdilər. İndi isə böyük bir kütlədə ümidsizlik və inamsızlıq yaranıb. İnsanlar düşünür ki, imza atmaqla, paylaşmaqla bir şey dəyişməyəcək”, - Nağı bildirir. 

Jurnalist Aytən Fərhadova da səbəbi ümidsizlikdə görür. 

“Bu gün Azərbaycanda xalqın sabaha inamı itib və artıq sabahını düşünmədən ümidsiz yaşamağa davam edirlər, bu da bir növ hər qərara təsir edir. 2019-cu ildə insanlarda nəyisə tələb etmək etirazı yaranmışdı və bunun üçün aktiv iştirakçıya çevrilmişdilər. İndi isə Qarabağın və ətraf ərazilərin Azərbaycana qaytarılmasından sonra Əliyev heç kimlə və sözsüz ki, xalqla hesablaşmır. Sanki Əliyev eyni zamanda müharibədəki gücü ilə xalqı da susdurdu.”

Azərbaycanda 2023-cü ilin noyabrından müstəqil jurnalistlərə, fəallara və qeyri-hökumət təşkilatları üzvlərinə qarşı həbs dalğası başlayıb. 30 nəfərdən çox jurnalist və fəal müxtəlif maddələrlə həbs olunub. 

Siyasi şərhçi Elman Fəttah düşünür ki, bu cür ağır repressiya hətta cəmiyyətin siyasi cəhətdən fəal kəsimində də apatiya yaradıb. 

“Repressiya o qədər ağırdır ki, insanlarda şəxsi qorunma instinktini ön plana çıxarır. Hətta reaksiya verməyi belə özlərinə təhlükə sayırlar. Bu repressiya hətta 1937-ci ilin repressiyalarından belə daha ağırdır. Ona görə insanları qınamaq düzgün deyil.” 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Suriyadan daha 13 nəfər Azərbaycana gətirildi

4 İyun 2025

Foto: Azernews

İyunun 3-də Suriya Ərəb Respublikasına getmiş 13 nəfər Azərbaycan vətəndaşının ölkələrinə repatriasiyası həyata keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.   Nazirlik əlavə edilib ki, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi, psixoloji müayinəsi həyata keçirilib. Son dörd ildə Suriyadan Azərbaycana 200-dən çox ölkə vətəndaşı gətirilib. Onlardan 172 nəfəri uşaq və 52 nəfəri qadın olub.
Siyasət

Xamenei ABŞ-ın təklifini rədd edib 

4 İyun 2025

Foto: Reuters

İranın Ali lideri Seyid Əli Xamenei ABŞ-ın irəli sürdüyü, İranın nüvə proqramından tamamilə imtina etməsi ilə bağlı təklifi rədd edib.  O, bunu iyunun 4-də İranın keçmiş Ali lideri Ruhullah Xomeyninin ölümünün 36-cı ildönümü tədbirində səsləndirib.  Xamenei İranın mülki məqsədlər üçün uran zənginləşdirməkdə israr edəcəyini deyib.  “Əgər bizim 100 nüvə elektrik stansiyamız olsa, lakin zənginləşdirmə imkanımız olmasa, onlar bizim üçün yararsız olar. Əgər zənginləşdirməmiz yoxdursa, onda əlimizi ABŞ-a uzatmalı olarıq”, - o bildirib.  Xamenei onu da əlavə edib ki, müstəqil olmaq “ABŞ və onun əlaltılarından yaşıl işıq gözləməməkdir”. ABŞ və İran arasında danışıqların 5 raundu baş tutsa da, ABŞ-ın irəli sürdüyü təklifin...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo