Foto: Getty Images
ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiyanı Ukrayna ilə müharibədə "təcavüzkar" adlandırıb.
Sentyabrın 14-də jurnalistlərin suallarına cavab verən Tramp Ukrayna və Rusiyanın itkilərinə toxunaraq deyib:
“Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiyadan bir az çox adam həlak olub, amma sən təcavüzkar olanda daha çox itki verirsən.”
Tramp bundan əvvəl işğala görə Moskvanı qınamaqdan imtina edib. Onun administrasiyası fevral ayında BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməyə qarşı çıxış edib. ABŞ, həmçinin, fevralda "Böyük Yeddilik" ölkələrinin Rusiyanı "təcavüzkar" adlandıran bəyanatına etiraz edib.
Tramp apreldə verdiyi açıqlamada müharibəyə görə Ukraynanı günahlandırmışdı. “Özündən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamamalısan və sonra ümid etməməlisən ki, kimsə sənə raketlər verəcək", - o qeyd etmişdi.
Lakin Trampın Kremlə münasibəti son aylarda dəyişib. Ukrayna prezidenti Volodimir Zelenskinin atəşkəsə razı olmasına baxmayaraq, Rusiya prezidenti Vladimir Putin Ukraynanı ərazi güzəştlərinə vadar edən müqavilənin imzalanmasında israr edir.
“Yeddi müharibəni dayandırmışam və bu müharibənin mənim üçün asan olacağını düşünürdüm, amma bu çətin çıxdı,” – Tramp sentyabrın 14-də
jurnalistlərə deyib.
“Düşünürəm ki, bütün danışığı mən aparmalıyam. Onlar [Zelenski və Putin] bir-birinə nifrət edirlər. O qədər nifrət edirlər ki, nəfəs ala bilmirlər", - o əlavə edib.
Tramp eyni gündə həm də Rusiyaya qarşı əlavə sanksiyalar etməyi planlaşdırdığını deyib. Amma o, bunun üçün avropalı müttəfiqlərinə Rusiya neftini almağı dayandırmaqla bağlı şərt qoyub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Ruslan İzzətli oğluna məktub yazıb: Nə sənin getdiyin yerdə təhsil, nə də mənim getdiyim yerdə ədalət var
Foto: sosial media
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?
İqtisadçı: Çirklənməyə baxmayaraq Avropanın Azərbaycan neftindən imtina şansı yoxdur