Siyasət

Azərbaycanın “arzuolunmaz” elan etdiyi türkiyəli İstanbulda saxlanılıb

27 Oktyabr, 2026
14

sosial media

Azərbaycan məktəblərində şagird və müəllimlərə hicab qadağasını tənqid edən, “Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım saxlanılıb.

Bu barədə media qurumu oktyabrın 26-da “X” hesabında məlumat yayıb. Bildirilib ki, Yıldırım sosial şəbəkə paylaşımları əsas gətirilərək İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb. Saxlanılmaya səbəb göstərilən paylaşımlar və işin mahiyyəti barədə əlavə məlumat verilməyib. 

Azərbaycanda son həftələr şagirdlərin və müəllimlərin hicabla məktəbə buraxılmaması müzakirə və etirazlara səbəb olub. Rəsmilər məktəblərdə vahid geyim qaydalarının tətbiq edildiyini və təhsil müəssisələrinin dünyəvi xarakter daşıdığını bildirirlər. Qadağaya etiraz edənlər isə bunu dini etiqad azadlığına və təhsil hüququna müdaxilə kimi qiymətləndirirlər. Bu məsələ Türkiyədə də tənqid olunub.

Oktyabrın 19-da Azərbaycan Baş Prokurorluğu Türkiyədə yaşayan 7 nəfər barəsində beynəlxalq axtarış qərarı verildiyini açıqlayıb. Ardınca isə Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” elan edərək onların ölkəyə girişinə qadağa qoyub. Muhammed Emin Yıldırım da həmin siyahıya daxil edilib. 

XİN qərara həmin şəxslərin sosial şəbəkə və internet platformalarında Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı, habelə dini nifrət və düşmənçiliyi qızışdırmağa yönəlmiş açıqlamalarını əsas göstərib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Dəyanət Çələbi aclıq aksiyasına başlayacağını deyir

26 Oktyabr 2026

sosial media

Həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbi oktyabrın 26-dan aclıq aksiyasına başlayacağını bildirib. “Azadlıq” qəzetinin məlumatına görə, o, bu addımı hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində yol verildiyini iddia etdiyi qanunsuzluqlara etiraz olaraq atır. Çələbi bildirib ki, müdafiə tərəfinin hüquqi əsaslandırmalarına baxmayaraq, vəsatətləri təmin olunmur və məhkəmə heç bir dəlil olmadan onun barəsində hökm çıxarmağa hazırlaşır. Dəyanət Çələbi məhkəmə proseslərinin birində ittihamları qəbul etmədiyini də bildirib: “Ümumiyyətlə, belə hadisə baş verməyib. Bu, mütəşəkkil şəkildə əvvəlcədən mənə qarşı qurulmuş işdir. Belə bir işi düzüb-qoşub məhkəməyə göndərmək tək məni şərləmək deyil, məhkəməyə, hakimlərə qarşı da hörmətsizlikdir”. Sosial şəbəkələrdə Azərbaycan...
Siyasət

Vəkil: “Aynur Elgünəşin təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb”

26 Oktyabr 2026

sosial media

“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin pisləşdiyi və təcili əməliyyata ehtiyacı olduğu bildirilir. Bu barədə vəkili Elçin Sadıqov sosial media hesabında məlumat yayıb. Vəkilin sözlərinə görə, jurnalistin ev dustaqlığına buraxılması barədə vəsatət oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təmin edilməyib. Sadıqov bildirib ki, həkimlər əməliyyatdan əvvəl kompüter tomoqrafiyası (KT) müayinəsinin aparılmasını və qərarın nəticələrə əsasən verilməsini istəyirlər. Onun sözlərinə görə, Aynur Elgünəş əvvəllər dəfələrlə əməliyyat olunduğundan, müayinə aparılmadan birbaşa əməliyyat edilməsi risklidir. “Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb”, - deyə vəkil bildirib. “Meydan TV”nin oktyabrın 19-da yaydığı məlumata görə, jurnalistin böyrəyində 18 millimetrlik daş aşkarlanıb və...

Seçilmiş Videolar

Toplum TV loqo