Siyasət

Bakı Özbəkistan prezidentini təhqir etməkdə ittiham olunan şəxsi Daşkəndə ekstradisiya edib

25 İyul, 2025
76

Foto: president.az

Azərbaycan Özbəkistan prezidentinin ünvanına təhqir və ya böhtan (Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü bəndi) işi üzrə axtarışda olan 43 yaşlı Amonbek Yusupovu Daşkəndə ekstradisiya edib. 

Bu barədə iyulun 25-də Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.

Yusupov 2025-ci ilin aprelində həbs edilib. 

Prokurorluq bildirilib ki, Özbəkistan vətəndaşı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyaya uyğun olaraq ekstradisiya edilib.

"O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan səlahiyyətli orqanına təhvil verilib", - məlumatda deyilir.

2021-ci ilin martında Özbəkistan Cinayət Məcəlləsinin 158-ci maddəsinə prezidentə qarşı açıq təhqir və ya böhtana görə məsuliyyət müəyyən edən bənd əlavə edilib. Bu maddə üç ilədək müddətə islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

İyulun əvvəlində Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edib. 

Onun mətbuat katibi Şerzod Əsədov bildirib ki, “səfər proqramı 2024-cü ildə müttəfiqlik səviyyəsinə yüksəlmiş Özbəkistan-Azərbaycan münasibətlərinin görünməmiş yüksək səviyyəsini əks etdirir”.

“Azadlıq Radiosu”nun özbək xidməti yazıb ki, 2024-cü ildən Azərbaycan prezidenti İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Daşkəndə “Sea Breeze Uzbekistan” istirahət mərkəzi tikmək üçün gəlməyə başlayıb. Bundan əvvəl Özbəkistan prezidentinin kürəkəni Bakıda öz fitnes klubunun ilk xarici filialını açıb. 

Filial Əliyevlər ailəsinin məxsus “Crescent Mall” ticarət mərkəzində yerləşir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Aİ Azərbaycanın geosiyasi əhəmiyyətini dəyərlərindən üstün tutur”

25 İyul 2025

Foto: Açıq mənbə

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə gündəliyi yenidən başlama prosesindədir.  Bunu Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Şuşa Qlobal Media Forumunda deyib.  Əliyev bildirib ki, Aİ-nin icraçı qolu olan Avropa Komissiyası (AK) ilə “çətin anlar” olub, lakin Komissiyanın yeni rəhbərliyindən “müsbət mesajlar” alırlar. “Birmənalı olaraq, biz də müsbət cavab veririk”, - o qeyd edib.  Azərbaycanla Aİ arasında münasibətlər, iqtisadi əməkdaşlığı çıxmaq şərtilə, bu yaxınlaradək o qədər yaxşı olmayıb.  AK-nin keçmiş vitse-prezidenti Cozef Borel Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti üzvlərinin həbsinə görə bir neçə dəfə tənqid edib. Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ötən il COP29 ərəfəsində Azərbaycana gəlişində ölkədə insan hüquqları məsələsini gündəmə...
Siyasət

ABŞ və İsrail Qəzzada atəşkəs üçün danışıqlardan geri çəkiliblər

25 İyul 2025

Foto: Getty Images

ABŞ və İsrail Qəzza zolağında ərzaq böhranı və aclığın davam etdiyi vaxtda atəşkəs üçün danışıqlardan geri çəkilib.  ABŞ-nin Qətərin paytaxtı Dohada HƏMAS qruplaşması ilə danışıqlar aparan diplomat qrupunu geri çağırmasını prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff iyulun 24-də “X” səhifəsində xəbər verib.  Vitkoff bildirib ki, HƏMAS-ın danışıqlarda son cavabı “atəşkəsə nail olmaq istəyi olmadığını açıq şəkildə göstərib”. O əlavə edib ki, əvəzində ABŞ HƏMAS girovluğunda olan israillilərin “evlərinə qayıtması və Qəzza xalqı üçün daha sabit bir mühitin yaradılması üçün alternativ variantları nəzərdən keçirəcək”. Vitkoff bu alternativlər barədə ətraflı məlumat verməyib. Bunun ardınca İsrail də danışıqlar aparan...

Seçilmiş Videolar

Toplum TV loqo