Siyasət

Bəşir Süleymanlı: “Məhkəmə proseslərinin qərəzli şəkildə uzadıldığını düşünürəm”

26 Avqust, 2026
15

sosial media

Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan direktoru Bəşir Süleymanlı ittiham olunduğu iş üzrə məhkəmə proseslərinin ləng aparılmasından və yaxınları ilə açıq görüş icazəsi verilməməsindən şikayət edir. 

B.Süleymanlının yaxınlarının verdiyi məlumata görə, o, məhkəmə proseslərinin məqsədyönlü şəkildə uzadıldığını düşünür. 

“Məhkəmə prosesini uzatmaqla məni faktiki qapalı həbsdə saxlamağa davam edirlər. Bir il yarımdır ki, qapalı şəraitdə qalmışam. Hesab edirəm ki, bunu qərəzli şəkildə edirlər. Odur ki, məhkəmə proseslərinin uzadılmasına etiraz edirəm və proseslərin tez keçirilməsini istəyirəm”, - o bildirib.

B.Süleymanlının sonuncu məhkəmə prosesi iyulun 30-da keçirilib və növbəti proses oktyabrın 1-ə təyin olunub.

Hüquq müdafiəçisi yaxınları ilə açıq görüş verilməməsindən də şikayətçidir.

“Həbs olunandan bu günə kimi, yəni bir il yarımdır ki, övladlarımı görə bilmirəm. Bundan əlavə valideynlərim yaşlı insanlardır, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Hər dəfə mənimlə görüşə gəlmək üçün rayondan Bakıya 4-5 saatlıq yol gəlirlər. Amma onlarla görüşə ancaq şüşə arxasından icazə verilir. Onlar yaşlı adam olduqları üçün eşitmələrində problemlər var. Ona görə də qapalı görüşdə ancaq telefon vasitəsi ilə danışırıq. Çox vaxt onlar mənim dediklərimi eşitmirlər", - o qeyd edib. 

Bəşir Süleymanlı 2025-ci il martın 14-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3 və 193-1.3.2-ci - qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma, 308.1-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü - vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb.

Bəşir Süleymanlı isə ittihamları qəbul etmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Məqsəd məni psixoloji və fiziki məhv etməkdir" 

26 Avqust 2026

sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov saxlanma şəraiti və səhhətindən şikayət etməyə davam edir.  Bu barədə avqustun 26-da ictimai fəal Əmrah Təhməzov tədqiqatçıya istinadən məlumat yayıb.  "Məni cəmi 6 addımlıq otaqda saxlayırlar. Bir insan 1 il ərzində televizorsuz nə qədər belə dar otaqda yaşaya bilər? Bunların məqsədi məni psixoloji, həm də fiziki məhv etməkdir", - B.Səmədov bildirib.  Fəal xatırladıb ki, bir müddət əvvəl həbsxanada onu gözündəki problemlə bağlı oftalmoloq müayinə edib, lakin sadəcə göz damcısı verməklə kifayətlənib. Onun sözlərinə görə, oftalmoloq da onun bu cür şəraitdə saxlanılmasının görmə qabiliyyəti üçün pis olduğunu deyib.  B.Səmədov əlavə edib ki,...
Siyasət

Həyat yoldaşı: “Ələsgər Məmmədlinin nəfəs darlığı və boğulma halları davam edir”

26 Avqust 2026

sosial media

"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi Ələsgər Məmmədlinin səhhəti ilə bağlı narahatlıqlar yenidən artıb. Avqustun 25-də Ə.Məmmədli ilə görüşən həyat yoldaşı Günay Məmmədlinin yaydığı məlumata görə, media eksperti səhhətində yaranan ağırlaşmalardan sonra xeyli zəifləyib.  "Bu son iki günün isti bürkülü günlərində nəfəs darlığının, boğulmaların, yüksək ürək döyüntüləri və təzyiqin aramsız davam etdiyini dedi. Rəngində də boğulma açıq hiss olunurdu", - o qeyd edib. G.Məmmədli bildirib ki, Ə.Məmmədlidən qan analizi götürülməsindən 10 gündən artıq vaxt keçsə də, analizin və digər müayinələrin nəticələri hələ də ona təqdim edilməyib. G.Məmmədli avqustun 13-də həyat yoldaşının iki gündür qida qəbul edə bilmədiyini bildirmişdi. O, daha öncə...

Seçilmiş Videolar

Toplum TV loqo