Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
sosial media
Azərbaycan Dağınıq Oda Teatrının (ADO) mühacirətdə yaşayan yaradıcısı, aktyor Elmin Bədəlov Avropa institutları və siyasi liderlərə açıq məktub ünvanlayıb.
O, Avropa ölkələrini iqtisadi və geosiyasi maraqları əsas götürərək Azərbaycanda baş verən insan hüquqları pozuntularına və həbslərə laqeyd yanaşmamağa çağırıb.
Bədəlov qeyd edib ki, 2013-cü ildə təsis etdiyi müstəqil teatr təzyiqlər nəticəsində fəaliyyətini dayandırıb, özü isə ölkəni tərk etməyə məcbur qalıb. Onun sözlərinə görə, avtoritar rejimlər ən çox azad düşüncədən ehtiyat edir:
“Siyasi dəyişiklik hakimiyyət dəyişəndə başlamır. Siyasi dəyişiklik insanların fərqli düşünməsi, suallar verməsi və yeni gələcək təsəvvür etməsi ilə başlayır. Avtoritar sistemlər bunu çox yaxşı başa düşür. Məhz buna görə müstəqil jurnalistikadan, satiradan, teatrdan, ədəbiyyatdan və incəsənətdən qorxurlar”.
Aktyor bildirib ki, Azərbaycanda qorxu atmosferi formalaşdırılıb. Onun fikrincə, müstəqil qurumların sıradan çıxarılması bütöv bir xalqın yaddaşına zərbə vurur və bu, artıq yalnız bir ölkənin daxili məsələsi kimi qiymətləndirilə bilməz.
“Müstəqil teatr susdurulduqda, cəmiyyət özünü tanıdığı məkanlardan birini itirir. Jurnalistlər həbs olunanda, cəmiyyət yaddaşının bir hissəsini itirir. Müstəqil səslər yox olduqca, cəmiyyət fərqli gələcək təsəvvür etmək imkanını da itirir”, - deyə Elmin Bədəlov qeyd edib.
Açıq məktubda Avropanın enerji və digər strateji maraqlar naminə demokratik dəyərlərdən geri çəkildiyi də tənqid olunub. Bədəlov vurğulayıb ki, təhlükəsizlik və strateji əməkdaşlıq insan hüquqları hesabına qurulmamalıdır.
ADO teatrı Azərbaycanın ilk müstəqil, müasir teatr təşəbbüslərindən biridir. Teatr sosial və ictimai mövzulara həsr olunan tamaşalar hazırlayıb, müxtəlif vaxtlarda keçirmək istədiyi küçə performansları isə polis müdaxiləsi ilə qarşılaşıb. Sonradan teatr fəaliyyətini dayandırıb, Bədəlov isə ölkədən gedib.
Son illər Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq genişlənib və Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Azərbaycan Aİ üçün alternativ qaz tərəfdaşlarından birinə çevrilib. Tənqidçilər Aİ-nin Azərbaycandakı insan hüquqları pozuntularına qarşı yetərincə sərt mövqe tutmadığını bildirsə də, qurum insan hüquqlarının gündəmdə qaldığını bəyan edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
Apa
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür