Siyasət

Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21 İyul, 2026
33

sosial media

Azərbaycan Dağınıq Oda Teatrının (ADO) mühacirətdə yaşayan yaradıcısı, aktyor Elmin Bədəlov Avropa institutları və siyasi liderlərə açıq məktub ünvanlayıb.

O, Avropa ölkələrini iqtisadi və geosiyasi maraqları əsas götürərək Azərbaycanda baş verən insan hüquqları pozuntularına və həbslərə laqeyd yanaşmamağa çağırıb.

Bədəlov qeyd edib ki, 2013-cü ildə təsis etdiyi müstəqil teatr təzyiqlər nəticəsində fəaliyyətini dayandırıb, özü isə ölkəni tərk etməyə məcbur qalıb. Onun sözlərinə görə, avtoritar rejimlər ən çox azad düşüncədən ehtiyat edir:

“Siyasi dəyişiklik hakimiyyət dəyişəndə başlamır. Siyasi dəyişiklik insanların fərqli düşünməsi, suallar verməsi və yeni gələcək təsəvvür etməsi ilə başlayır. Avtoritar sistemlər bunu çox yaxşı başa düşür. Məhz buna görə müstəqil jurnalistikadan, satiradan, teatrdan, ədəbiyyatdan və incəsənətdən qorxurlar”.

Aktyor bildirib ki, Azərbaycanda qorxu atmosferi formalaşdırılıb. Onun fikrincə, müstəqil qurumların sıradan çıxarılması bütöv bir xalqın yaddaşına zərbə vurur və bu, artıq yalnız bir ölkənin daxili məsələsi kimi qiymətləndirilə bilməz.

“Müstəqil teatr susdurulduqda, cəmiyyət özünü tanıdığı məkanlardan birini itirir. Jurnalistlər həbs olunanda, cəmiyyət yaddaşının bir hissəsini itirir. Müstəqil səslər yox olduqca, cəmiyyət fərqli gələcək təsəvvür etmək imkanını da itirir”, - deyə Elmin Bədəlov qeyd edib.

Açıq məktubda Avropanın enerji və digər strateji maraqlar naminə demokratik dəyərlərdən geri çəkildiyi də tənqid olunub. Bədəlov vurğulayıb ki, təhlükəsizlik və strateji əməkdaşlıq insan hüquqları hesabına qurulmamalıdır.

ADO teatrı Azərbaycanın ilk müstəqil, müasir teatr təşəbbüslərindən biridir. Teatr sosial və ictimai mövzulara həsr olunan tamaşalar hazırlayıb, müxtəlif vaxtlarda keçirmək istədiyi küçə performansları isə polis müdaxiləsi ilə qarşılaşıb. Sonradan teatr fəaliyyətini dayandırıb, Bədəlov isə ölkədən gedib.

Son illər Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq genişlənib və Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Azərbaycan Aİ üçün alternativ qaz tərəfdaşlarından birinə çevrilib. Tənqidçilər Aİ-nin Azərbaycandakı insan hüquqları pozuntularına qarşı yetərincə sərt mövqe tutmadığını bildirsə də, qurum insan hüquqlarının gündəmdə qaldığını bəyan edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir 

21 İyul 2026

Açıq mənbə

Həbsdə olan jurnalist Yaşar Ağazadə saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində iyulun 2-də cərimə kamerasına (“kars”) salınıb.  Bu barədə “Toplum TV”-yə məlumat verən jurnalistin həyat yoldaşı Aygün İsmayıllı deyir ki, Y.Ağazadə artıq 20 gündür buna etiraz olaraq quru aclıq edir.  Onun sözlərinə görə, həyat yoldaşının “kars”a salınmasına səbəb onun Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə yazdığı məktub olub. Y.Ağazadə siyasi məhbus kimi tanınan başqa bir neçə fəalla birlikdə ünvanladığı müraciətdə von der Leyendən Azərbaycan prezidenti ilə görüşdə insan haqları məsələsini qaldırmağı xahiş edib.  A.İsmayıllı iyulun 21-də cəzaçəkmə müəssisəsinə getsə də, ona həyat yoldaşı ilə görüşməyə icazə verilməyib. Onun sözlərinə görə,...
Siyasət

Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

20 İyul 2026

Apa

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı təzyiqlərin artdığını bildirib. Bu barədə Hacıyevin yaxınları “Toplum TV“-yə bildiriblər. Onların sözlərinə görə, xüsusilə Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin Bakıya son səfərindən sonra B.Hacıyevə, eləcə də ona müraciət ünvanlayan digər məhbuslara qarşı təzyiqlər güclənib. “Mediada və sosial şəbəkələrdə dərc olunan materialların ona çatdırılması qadağan edilib, kitablar verilmir, şəxsi əşyaları yoxa çıxır, şikayətlərinə baxılmır və müəssisə rəhbərliyi tərəfindən fiziki zorakılığa məruz qalır”, - deyə B.Hacıyev yaxınlaı vasitəsi ilə bildirib. İctimai fəal onu da qeyd edib ki, von der Leyenə müraciət etmiş digər məhbus Yaşar Ağazadə...

Seçilmiş Videolar

Toplum TV loqo