Siyasət

Əli Kərimlinin daha bir mühafizəçisi və sürücüsü həbs olunub

22 May, 2025
75

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Novruz Tağıyev barəsində cinayət işi açılıb. 

Kərimlinin mayın 21-də "Facebook" hesabında verdiyi məlumatda bildirilir ki, Tağıyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. 

"Dünəndən oğurladıqları Novruz bəy barəsində artıq həbs qətimkan tədbiri seçib, göndəriblər Kürdəxanı təcridxanasına. Novruz bəy əqidəli cəbhəçi, dürüst, inanclı və şəxsiyyətli bir insandır. Ev alqı-satqısı işlərində vasitəçilik  (maklerlik) edərək, halal qazancı ilə ailəsini saxlayırdı. Yalnız cəbhəçi olduğu,  mənim yanımda olduğu üçün şərləyib həbs etdilər Novruz bəyi", - partiya sədri qeyd edib. 

Digər AXCP fəalı, Ə.Kərimliyə ictimai əsaslarla sürücülük etmiş Rəşad Əliyev isə 25 sutka inzibati qaydada həbs olunub. 

Bundan əvvəl, aprelin 1-də Kərimlinin ictimai əsaslarla işləyən sürücüsü Zaur Rzalı inzibati qaydada həbs olunub. Mayın 5-də isə partiya sədrini maşını ilə tədbirlərə aparmış Asam Əli və mühafizəçisi Kənan İsmayıl da 30 sutka həbs olunublar. 

Onun digər mühafizəçisi Niyaməddin Əhmədov isə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Daha bir mühafizəçisi Kənan Basqal isə martda bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər.

AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir.

"İlham Əliyev öz siyasi rəqibi ilə yalnız belə üsullarla  "yarışır" və ona görə də polis gücünə, şər aparatı gücünə "qalib olur". Mədəni dünyada artıq dövlət başçıları  bu yolla hakimiyyətdə qalmağı özlərinə rəva görmürlər. Müasir dövrdə dövlət başçıları  rəqiblərilə mədəni qaydada, azad seçkidə yarışır, xalqdan mandat alanda hakimiyyətdə qalır, xalq səs verməyəndə isə hakimiyyətdən getməkdən qorxmurlar, hakimiyyətdən beş əllə yapışmırlar", - Kərimli qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ruslan İzzətli: Cənubi Qafqaz ölkələri indi də rus imperalizmindən əziyyət çəkir

22 May 2025

Foto: sosial media

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından yazır: Parlamentin ilk spikeri Əlimərdan bəy Topçubaşov 18 avqust 1924-cü ildə dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, “ruslar olmasa qafqaz xalqları həmişə bir-birini doğrayacaqmış. Ümumiyyətlə, ruslar bu xalqların qarşlıqlı düşmənçiliyi və ədavəti haqqında hər cür uydurma yaymaqda davam edirlər…” XX əsrin əvvəllərində rus imperalizmindən əziyyət çəkən Cənubi Qafqaz ölkələri eyni siyasətin yenə də təsiri altındadırlar. Rus imperalizmi özünü yalnız hərbi gücdən yox, yumşaq gücdən istifadə edərək də göstərir. Bu gün Şərqi Avropada, Cənubi Qafqazda rus imperalizminin təsiri altında olan siyasətçilər, media quruluşları kifayət qədər aktivdir. Cənubi Qafqazın hər...
Siyasət

ABŞ konqresmeni Fərid Mehralızadəylə bağlı İlham Əliyevə məktub yazıb

21 May 2025

Foto: Əkinçi

ABŞ konqresmeni Ceyms Makqovern Prezident İlham Əliyevə məktub göndərərək “Abzas Media işi” üzrə həbsdə olan jurnalist Fərid Mehralızadənin azad olunmasını tələb edib.  Bu barədə “Azadlıq Radiosu" xəbər verib.  Konqresmen xatırladıb ki, mayın 30-da Mehralızadənin “haqsız həbsinin” bir ili tamam olur və bu müddət ərzində onun qızı dünyaya gəlib, o isə qızını cəmi bir dəfə görə bilib.  "Onun hələ də həbsdə qalması böyük narahatlıq yaradır, onun həyat yoldaşı və qızına qovuşması üçün dərhal azad olunmasına çağırıram", – Makqovern yazır. O əlavə edib ki, “Abzas Media işi” ilə bağlı həbs olunsa da, istintaq Mehralızadənin bu media qurumu ilə əlaqəsinə dair sübut ortaya...

Seçilmiş Videolar

Toplum TV loqo