Sosial Media
Gədəbəydə etiraz aksiyası
"Gədəbəydə baş verən hadisəyə hamımız məyus olduq, bu, polislərin qanuna zidd hərəkətidir"
Bunu Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Demokrat Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva Gədəbəydə baş verən hadisə ilə bağlı Toplum TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səlahiyyətli insanlar yaxşı bilir ki, belə halların gündəmə düşməsi ölkə üçün heç də yaxşı hal deyil.
"Əminəm ki, həmin hərəkəti edənlər cəzalanacaq", - deyə Mehriban Abdullayeva açıqlamasında bildirib.
İctimai Şuranın digər üzvü Elməddin Muradov isə mövzuyla bağlı fikir bildirmək istəmədiyini deyib.
“Mən hərşeyşünas adamlar kimi özümə aid olmayan sahədən danışmağı reputasiyama sığışdırmaram", - deyə o açıqlamasında vurğulayıb.
https://toplum.tv/siyaset/pelsad-haciyev-polis-emekdasi-ciddi-qebahete-yol-veribp
Xatırlatma
İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinləri yerli əhalinin torpaq sahələrinin iri məmurlar tərəfindən zəbt edildiyi iddiası ilə etiraz aksiyası keçiriblər.
Kənd sakini Sürəyya Əliyeva "Amerikanın Səsi"nə deyib ki, qızıl mədəninin turşu tərkibli sularının örüş torpaqlarında qurulmuş gölməçəyə axıdılmasının ekologiyanı pozması, sakinlər arasında xəstəliklərin yaranmasına səbəb olması ilə bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edilib, amma şikayətlərə baxılmayıb.
Etiraz aksiyasının dağıdılması zamanı 10-a yaxın yerli sakinin xəsarət aldığı, daha 6 nəfərin saxlanıldığı bildirilir.
Daxili İşlər Nazirliyi məsələnin araşdırıldığını açıqlayıb.
Ləman Şirinova
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Toplum TV
Pezeşkian İsrailin Azərbaycanın səmasının istifadəsinin araşdırılmasını istəyib
Foto: Prezident.az
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb