Siyasət

ABŞ konqresmeni Fərid Mehralızadəylə bağlı İlham Əliyevə məktub yazıb

21 May, 2025
89

Foto: Əkinçi

ABŞ konqresmeni Ceyms Makqovern Prezident İlham Əliyevə məktub göndərərək “Abzas Media işi” üzrə həbsdə olan jurnalist Fərid Mehralızadənin azad olunmasını tələb edib. 

Bu barədə “Azadlıq Radiosu" xəbər verib. 

Konqresmen xatırladıb ki, mayın 30-da Mehralızadənin “haqsız həbsinin” bir ili tamam olur və bu müddət ərzində onun qızı dünyaya gəlib, o isə qızını cəmi bir dəfə görə bilib. 

"Onun hələ də həbsdə qalması böyük narahatlıq yaradır, onun həyat yoldaşı və qızına qovuşması üçün dərhal azad olunmasına çağırıram", – Makqovern yazır.

O əlavə edib ki, “Abzas Media işi” ilə bağlı həbs olunsa da, istintaq Mehralızadənin bu media qurumu ilə əlaqəsinə dair sübut ortaya qoymayıb. 

Makqovern ardınca məktubunda jurnalistin həbsdə zorakılığa və məhkəmədə aşağılanmaya məruz qaldığını yazıb və qeyd edib ki, Mehralızadə və digər təqsirləndirilənlər fevralın 11-də pis rəftarla bağlı şikayətləri araşdırılmadığı üçün məhkəməyə qatılmaqdan imtina ediblər. 

"Bu etiraza cavab olaraq, hakimiyyət onu məhkəməyə zorla gətirib ki, bu da həbsdə pis rəftarın daha bir formasıdır", - o vurğulayıb. 

“Ümid edirəm ki, Azərbaycan ədalətli məhkəməyə dair beynəlxalq standartlara əməl edəcək, Fəridə qarşı əsassız ittihamları ləğv edəcək və o, dərhal, heç bir məhdudiyyətsiz azadlığa buraxılacaq", – konqresmen Makqovern yazıb. 

“Abzas Media işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə mühakimə olunurlar.

İlkin olaraq onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.

Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Əli Kərimlinin daha bir mühafizəçisi və sürücüsü həbs olunub

22 May 2025

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Novruz Tağıyev barəsində cinayət işi açılıb.  Kərimlinin mayın 21-də "Facebook" hesabında verdiyi məlumatda bildirilir ki, Tağıyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.  "Dünəndən oğurladıqları Novruz bəy barəsində artıq həbs qətimkan tədbiri seçib, göndəriblər Kürdəxanı təcridxanasına. Novruz bəy əqidəli cəbhəçi, dürüst, inanclı və şəxsiyyətli bir insandır. Ev alqı-satqısı işlərində vasitəçilik  (maklerlik) edərək, halal qazancı ilə ailəsini saxlayırdı. Yalnız cəbhəçi olduğu,  mənim yanımda olduğu üçün şərləyib həbs etdilər Novruz bəyi", - partiya sədri qeyd edib.  Digər AXCP fəalı, Ə.Kərimliyə ictimai əsaslarla sürücülük etmiş Rəşad Əliyev isə 25...
Siyasət

Paşinyan İTV-yə: Azərbaycanın da konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var

16 May 2025

İTV

Ermənistanın Baş naziri Nikol Paşinyan “İTV”yə verdiyi müsahibədə Azərbaycanın konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olduğunu bildirib.  “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranada olan Paşinyan İTV müxbirinin suallarını cavablandırıb. O, Ermənistan konstitusiyasında belə bir iddianın olmadığını deyib və bu fikrini Konstitusiya Məhkəməsinin qərarına əsaslandırıb. Paşinyan martda razılaşdırılmış sülh müqaviləsində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını vurğulayıb və əlavə edib ki, bu müqavilə ölkələrin gələcəkdə ərazi iddiaları qaldırmamasını da nəzərdə tutur. O bildirib ki, müqavilə imzalandıqdan sonra Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək və uyğunluq təsdiqlənsə, sənəd parlamentdə ratifikasiya olunacaq. Paşinyan Azərbaycanın iddialarına qarşı ən qısa yolun sülh müqaviləsinin imzalanması olduğunu...

Seçilmiş Videolar

Toplum TV loqo