Əli Kərimlinin həbsdə olan mühafizəçisinin ölümlə təhdid edildiyi deyilir
Sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü və partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun 7 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) ölümlə təhdid edildiyi bildirilir. Eyni zamanda, onun təhdidlərə etiraz olaraq aclığa başladığı bildirilir.
Bu haqda xəbəri Azadlıq qəzeti yayıb.
Qəzetin yazdığına görə, təhdidlərə səbəb bir neçə gün öncə həmin həbsxanada işgəncə və təhqirlərə dözməyən məhbusun intihar etməsi haqda məlumatın ictimailəşdirilməsidir.
Xəbərin mediaya sızdırılmasına görə Niyaməddin Əhmədova təzyiqlər göstərildiyi, onun cərimə kamerasına salındığı, yaxınları ilə telefon əlaqəsinin kəsildiyi iddia olunur.
Qəzetin yazdığına görə, 7 saylı CÇM-nin rəisi Mehman Əliyev AXCP üzvünü tezliklə qapalı həbsxanaya göndərəcəyi və oradan sağ çıxmayacağı ilə hədələyir.
Hələlik Penitensiar Xidmət bu deyilənlərə münasibət bildirməyib.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbs cəzası alıb. Daha sonra Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.
İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.
2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını, ölkədə siyasi mövqeyinə görə heç kimin təqib edilmədiyini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Jurnalistikada Qadınlar üçün Koalisiya hakimiyyətdən mətbuata təzyiqləri dayandırmağı tələb edir
www.womeninjournalism.org
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib