sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin üzvü Rahil Quliyev inzibati qaydada 30 sutkalıq həbs olunub.
Bu barədə AXCP sədri Əli Kərimli mayın 7-də “Facebook” səhifəsində xəbər verib.
Partiya sədri deyib ki, Quliyevdən mayın 6-dan xəbər almaq mümkün olmayıb və yalnız dünən həbs olunduğu öyrənilib.
Onun həbsinin təfərrüatları bilinmir.
Quliyev, həmçinin aprelin 9-da inzibati qaydada 30 sutkalıq həbs olunan, Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Elnur Quliyevin qardaşıdır.
Kərimli bildirib ki, R.Quliyevin də Elnur Quliyevə və özünə təzyiq məqsədilə həbs olunduğu “şübhə doğurmur”.
Partiya sədri mayın 8-də isə xəbər verib ki, daha bir AXCP üzvü Asam Əli də inzibati qaydada 30 sutkalıq həbs olunub.
O qeyd edib ki, yaxınları 4 gündür A.Əlidən xəbər ala bilmirdilər və bu gün həbs olunduğundan xəbər tutublar.
Kərimli əlavə edib ki, onun ictimai əsaslarla işləyən sürücüsü Zaur Rzalı aprelin 1-də inzibati qaydada həbs olunduqdan sonra A.Əli partiya sədrini öz maşınında tədbirlərə aparıb və “bununla da, rejimin qara siyahısına düşüb”.
AXCP sədrinin digər ictimai əsaslarla işləyən mühafizəçisi Kənan İsmayıl da mayın 5-də inzibati qaydada 30 sutkalıq həbs olunub.
Kərimli qeyd edib ki, hakimiyyət mühafizəçilərini həbs etməklə ona qarşı təxribat hazırlayır.
Onun digər mühafizəçisi Niyaməddin Əhmədov isə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Daha bir mühafizəçisi Kənan Basqal isə martda bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər.
AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Ramiz Mehdiyev işi”: DTX-nin videosunda ittiham olunan müxaliflər iddialara necə cavab verdi?
Foto/kollaj: Toplum TV
Foto: Armenpress
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb