Siyasət

Əliyev: “Vətəndaşlarımız hər dəfə Naxçıvana gedəndə erməni sərhədçisinin simasını görməli deyil” 

21 İyul, 2025
98

Foto: president.az

İlham Əliyev iyulun 19-da Xankəndidə III Şuşa Qlobal Media Forumunda “Zəngəzur dəhlizi” haqda danışıb. 

ABŞ-nin “Zəngəzur dəhlizi”ni icarəyə götürmə təklifinə münasibət bildirən Əliyev deyib ki, bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. 

“Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir”, - o qeyd edib. 

Əliyev fikrini belə əsaslandırıb ki, əks halda Ermənistandan keçən Azərbaycan vətəndaşları təhlükəyə məruz qalacaqlar. 

“Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin”, - o deyib. 

İyulun 11-də ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak jurnalistlərə deyib ki, ölkəsi Azərbaycanı Naxçıvana birləşdirəcək yolu yüzillik icarəyə götürə bilər. 

Təklifə münasibət bildirən Ermənistan Baş naziri Nikol Paşinyan bunu istisna etməyib, lakin bildirib ki, bu, müzakirə olunan variantlardan sadəcə biridir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”

22 İyul 2025

Foto: RFE/RL

Demokratik Təşəbbüslər İnstitunun həbsdə olan rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov Milli Mətbuat Günü münasibətilə ictimaiyyətə müraciət edib: “ABŞ Prezidenti olmuş Abraham Linkolnun məşhur fikri var: “Demokratiya - bütün insanları bir müddət aldada bilərsiniz, bir qism insanı daima aldada bilərsiniz, amma bütün insanları daima aldada bilməzsiniz - prinsipi üzərində qurulur.” Bizimki tipli siyasi rejimlər bunu yaxşı bildiyi üçün “demokratiya”nın formalaşmasına imkan vermir.  Avtokratiya - tək adamın hakimiyyətini quraraq hər şeyi tək adamın - Əliyevin üzərinə kökləmək hər şeyi ondan asılı edir. Bir sözlə, xalqın taleyi tək adamın taleyindən asılı olur. Necə ki, Əliyev açıq deyir: “Nəyi, nə zaman,...
Siyasət

Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib

20 İyul 2025

Foto: VOA

“Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib. Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, qərar hələ də icra olunmayıb. “Görünür, Penitensiar Xidmət məhkəmə qərarlarını saymır və özünü məhkəmədən üstün tutur”, – deyə Həsənli qeyd edib. Ülvi Həsənli daha əvvəl 9 günlük aclıq aksiyası keçirdiyini, lakin qadın həmkarlarının da ona...

Seçilmiş Videolar

Toplum TV loqo