Foto: sosial media
ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında Azərbaycan prezidenti İlham Əliyevin iyulun 19-da Xankəndidə etdiyi çıxışdan bir hissəni paylaşıb.
Paylaşılan çıxışda Əliyev jurnalistin sualına cavab olaraq Trampı tərifləyir.
"Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim ki, onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun", - Əliyev deyib.
Tramp bu yaxınlarda Azərbaycan və Ermənistan arasında tezliklə sülh razılaşması imzalanacağını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Kamran Əliyev: “Azərbaycanlıların ölümü ilə bağlı Rusiya ilə mütəmadi əlaqə saxlayırıq”
Foto: açıq mənbə
Foto: president.az