Siyasət

ABŞ hökuməti sentyabrın sonuna qədər USAID-i “tamamilə bağlayacaq” 

11 İyun, 2025
162

Foto: Financial Times

ABŞ hökumətinin bu ilin sentyabrın sonuna qədər ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) tamamilə bağlayacağı bildirilir. 

Bu barədə İngiltərənin “The Guardian” qəzeti ABŞ Dövlət Departamentindən sızdırılan sənədə əsasən xəbər verib. 

10 iyun tarixli, Dövlət katibi Marko Rubionun imzaladığı sənəddə agentliyin bütün beynəlxalq işçi heyətinin ləğvi və xarici yardım proqramlarının birbaşa Dövlət Departamentinin nəzarətinə verilməsi əmr olunur. 

Qərarın 100-dən çox ölkədə çalışan yüzlərlə USAID əməkdaşına, o cümlədən, podratçılara və yerli işçilərə təsir edəcəyi gözlənilir. 
Qərarla əlaqədar ABŞ səfirliklərindəki missiya rəhbərlərinə növbəti dörd ay ərzində genişmiqyaslı dəyişikliklərə hazır olmaları tapşırılıb. 

Bu ilin martında ABŞ USAID-ə aid olan proqramların 83%-ni dayandırıb. Yerdə qalan sayca təxminən 1000 proqramın isə birbaşa Dövlət Departamentinin nəzarətində davam etdiriləcəyi bildirilirdi. 

ABŞ-ın xarici yardımları əsasən 1961-ci ildə Prezident Con Kennedi tərəfindən yaradılan USAID tərəfindən həyata keçirilib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl sosial şəbəkə hesabında USAID xərclərini “izaholunmaz” adlandırıb və onun bağlanmasına çağırıb. 
Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik etmiş İlon Mask isə USAID-i “cinayətkar təşkilat” adlandırıb. 
Bundan sonra USAID-in dünya üzrə 10,000-dən çox olan heyət sayı 300-ə qədər azaldılıb və ölkə xaricində olan işçilər məzuniyyətə buraxılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tramp: Putinlə yaxşı yola getdik

16 Avqust 2025

Foto: Ağ Ev

ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaska ştatında Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşü yüksək qiymətləndirib.  O, "Fox News" telekanalına müsahibəsində jurnalistin "görüşü 10 ballıq şkalada neçə ilə qiymətləndirirsiniz" sualına "10" deyə cavab verib.  "Düşünürəm ki, yaxşı yola getdik. Xüsusilə, nüvə silahına sahib iki böyük gücün yola getməsi isə həmişə yaxşıdır", - o qeyd edib.  Liderlərin iki saatdan çox çəkən görüşündə Ukrayna müharibəsi ilə bağlı atəşkəs razılığına gəlinməyib. Tramp və Putin görüşdən sonrakı brifinqdə, ümumiyyətlə, atəşkəs sözünü işlətməyiblər.  "Bizim görüşümüz son dərəcə məhsuldar oldu və bir çox məqamlar üzrə razılıq əldə olundu. Razılıq əldə olunmayan çox az məsələ qaldı. Amma...
Siyasət

Overçuk: "Tramp marşrutu" Ermənistan üçün yaxşıdırsa, biz də dəstəkləyirik 

15 Avqust 2025

Foto: Alexander Astafyev/POOL/TASS

Rusiya baş nazirinin müavini Aleksey Overçuk avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında razılaşdırılan "Tramp marşrutu"nu ölkəsinin dəstəklədiyini deyib.  "Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün yaxşı olduğuna inanırsa, təbii ki, biz də onu dəstəkləyirik", - Overçuk deyib. Buna baxmayaraq, o əlavə edib ki, tərəflərlə "aydınlaşdırılmalı olan bəzi nüanslar" var.  Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqton görüşü ilə bağlı şərhində xatırladıb ki, Ermənistanın İranla sərhədi hələ də Rusiya sərhədçiləri tərəfindən qorunur.  “Vaşinqtonun regional kommunikasiya xətlərinin bərpasına dair açıqlamalarını diqqətlə qiymətləndirəcəyik. Rusiya ilə əldə olunmuş üçtərəfli razılaşmalar qüvvədə qalır, çünki...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo