Həbsdə olan inanclı fəal: "Dörd qandal vurub, çarpayıya bağlayıb döyməyə başladılar"
Foto: açıq mənbə
Həbsdə olan inanclı fəal Mansur Vəlişovun zorakılığa məruz qaldığı bildirilir.
Bu barədə jurnalist Arzu Abdulla onun yaxınlarına istinadən məlumat yayıb.
Umbakı Penitensiar Kompleksində saxlanılan fəal ailə üzvləri ilə telefon danışığında bu yaxınlarda zorakılığa məruz qaldığını deyib.
Onun sözlərinə görə, müəssisənin 10 nəfərə yaxın əməkdaşı onu əllərini və ayaqlarını çarpayıya qandallamaqla huşunu itirənədək döyüblər.
"Yadımda qalan odur ki, mənə dörd qandal vurub, çarpayıya bağlayıb döyməyə başladılar. Boğurdular məni. Ondan sonrası yadımda deyil. Sonra üstümə su töküb ayıldıblar. Səhəri gün də özümdə olmamışam. Bir gün eşidəcəksiniz ki, Mansurun ölüm xəbəri gəldi...", - o deyib.
M.Vəlişov əlavə edib ki, Prezident Administrasiyasına və Ombudsman Aparatına yazdığı şikayət məktublarını isə müəssisədən buraxmırlar.
M.Vəlişov 2023-cü ilin martında narkotik ittihamı ilə həbs olunub. O, 6 il azadlıqdan məhrum edilib. M.Vəlişov özünü təqsirli bilmir, narkotik ittihamının saxta olduğunu bildirir.
Həmin dövrdə Azərbaycanla İran arasında münasibətlərin pisləşməsi fonunda ölkədə yüzlərlə inanclı fəal saxlanılıb, onlarla fəala narkotik ittihamı ilə həbs cəzası verilib.
"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq"ın ölkədə siyasi məhbus sayılan şəxslərin yanvar ayına olan siyahısında 192 inanclı fəal yer alıb. Siyasi məhbus hesab olunan şəxslərin ümumi sayı isə 340-dır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Toplum TV
Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”
Toplum TV
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir