Həyat yoldaşı: “Təcridxana rəisini ombudsmana şikayət etdikdən sonra Nurlan Libre ilə açıq görüşlərə icazə verilmir”
Foto: sosial media
"MeydanTV işi" üzrə həbsdə olan jurnalist Nurlan Libre ilə açıq görüşə icazə verilmədiyi deyilir.
Bu barədə jurnalistin həyat yoldaşı Əsli Əlizadə martın 3-də sosial media hesabında yazıb. Onun sözlərinə görə, açıq görüş N.Librenin ombudsmanla görüşündən sonra dayandırılıb: "Bu gün Nurlanla görüşə getdim, açıq görüşə icazə vermədilər. Ombudsmanla görüşdə təcridxananın rəisi Elnur İsmayılovu şikayət etdikdən sonra açıq görüşü kəsilib, telefon danışığı icazəsi azaldılıb".
Ə. Əlizadə bildirib ki, ombudsmana təqdim olunması üçün hazırlanan ərizə və şikayətlər də N.Librenin əlindən alınaraq geri qaytarılmayıb.
O bildirib ki, jurnalistin səhhəti də pisləşib. Ə.ƏIizadənin sözlərinə görə, uzun müddətdir davam edən aclıq aksiyasının təsirləri artıq özünü göstərməyə başlayıb:
"Aclıq aksiyasının fəsadı olaraq başında ağrılar başlayıb, sürətlə çəki itirir. Həkimlər isə yalnız qan analizi götürmək və təzyiq ölçməklə kifayətlənirlər, başqa heç bir tədbir görülmür".
N.Libre yanvarın 16-da aclıq aksiyasına başladığını elan edib. Yaxınlarının məlumatına görə, o, aclıq aksiyasını hələ də davam etdirir.
"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.
Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti
jam-news
Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”