Hicablı şagirdlər üçün onlayn platforma yaradan fəalın bir ay həbs edildiyi bildirilir
şəxsi arxivi
İctimai fəal və vizual sənətçi İlkin Hüseynovun 30 sutka müddətinə inzibati həbs edildiyi bildirilir.
Bu barədə fəalın yaxınları məlumat yayıb. Onların sözlərinə görə, İlkin Hüseynov polisin qanuni tələbinə tabe olmama ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müddəası əsasında təqsirli bilinib.
Onun hansı məhkəmənin qərarı ilə həbs edildiyi və işin digər təfərrüatları barədə rəsmi məlumat almaq mümkün olmayıb.
İlkin Hüseynovun saxlanılması ilə bağlı ilk məlumatlar oktyabrın 14-də yayılmışdı. İctimai fəal Cavid Ağa həmin gün sosial şəbəkədə Hüseynovla əlaqə saxlamağın mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, saat 16:00 radələrində Bakının İzzət Nəbiyev küçəsində yaşayan Hüseynovun evinə naməlum şəxslər gəlib. Fəal həmin şəxslərlə birlikdə evdən çıxıb və bundan sonra telefonu sönülü olub.
Cavid Ağa həmçinin Hüseynova “Facebook Messenger” vasitəsilə yazdıqdan sonra onun hesabına yeni cihazdan giriş edilməsi barədə bildiriş aldığını deyib. Bunun hesabın başqa şəxslərin nəzarətinə keçə biləcəyi ilə bağlı narahatlıq yaratdığı bildirilib.
İlkin Hüseynov məktəblərdə hicabdan istifadəyə qoyulan məhdudiyyətlər fonunda təhsildən kənarda qalmaq riski ilə üzləşən şagirdlər üçün “Leylini qoy məktəbə getsin” adlı onlayn təşəbbüs yaradıb.
Təşəbbüsün məqsədi məktəbə buraxılmayan və ya dərslərdə iştirak edə bilməyən şagirdlərlə onlara könüllü və ödənişsiz dərs keçmək istəyən müəllimlər arasında əlaqə yaratmaq idi.
Oktyabrın 15-də təşəbbüsün “Instagram” səhifəsinə və internet platformasına girişin mümkün olmadığı bildirilib.
Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün geyim qaydaları təsdiqlənib. Qaydalarda hicabın qadağan olunduğu qeyd olunmasa da, geyim formalarının dünyəvilik prinsipinə uyğun olmalı olduğu yazılır.
Oktyabrın 6-da isə analoji qərar müəllimlər üçün qəbul olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”
sosial media
Azərbaycan hicab qadağasını tənqid edən türkiyəli jurnalisti beynəlxalq axtarışa verib
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb