Azərbaycan hicab qadağasını tənqid edən türkiyəli jurnalisti beynəlxalq axtarışa verib
sosial media
Azərbaycan Baş Prokurorluğu hicab qadağasını tənqid edən türkiyəli jurnalistə qarşı cinayət işi açıb.
Baş Prokurorluğun mətbuat xidmətinin oktyabrın 16-da yaydığı məlumata görə, barəsində cinayət işi açılan şəxs “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, Anadolu Mətbuat Birliyinin direktor müavini Cəlal Çiftçidir.
Çiftçiyə qarşı Cinayət Məcəlləsinin 281.2 (hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi açılıb. Onun barəsində beynəlxalq axtarış elan edilib.
Açıqlamada deyilir ki, cinayət işinin açılmasına səbəb sosial mediada "dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayılması, eləcə də radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edilməsi" olub.
Jurnalistin barəsindəki ittihamlara münasibəti hələ ki məlum deyil.
Çiftçi son günlərdə sosial media hesabında Azərbaycanda tətbiq olunan hicab qadağasını tənqid edib. O, prezident İlham Əliyevi "bizi arxamızdan vuracaq ilk adam" adlandırıb və ona xitabən "sonda devriləcəksən, ey zalım" yazıb.
Son həftələr ölkənin bir sıra məktəblərində hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmaması ilə bağlı məlumatlar yayılıb. Bu hallar Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqinə dair qərarından sonra baş verib. Qərarda hicabın qadağan olunması birbaşa qeyd edilməsə də, məktəblər qərarı dünyəvilik prinsipinə zidd geyimlərə icazə verilməməsi kimi tətbiq edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Hicablı şagirdlər üçün onlayn platforma yaradan fəalın bir ay həbs edildiyi bildirilir
şəxsi arxivi
Yaxınları: “Aynur Elgünəşin səhhəti kritikləşib, təcili müalicəyə ehtiyacı var”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb