İqtisadiyyat

2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır

18 sentyabr, 2026
228

Gələn il Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmaların 955 milyon manat azalacağı gözlənilir. Hökumət qeyri-neft-qaz gəlirlərinin artması hesabına büdcənin ümumi gəlirlərində 1,6 faizlik artım proqnozlaşdırır.

Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə gəlirlərin 625 milyon, xərclərin isə 696,4 milyon manat artması deməkdir.

Neft-qaz sektorundan büdcəyə 15 milyard 480 milyon manat daxil olacağı nəzərdə tutulur. Bu məbləğ cari ilin proqnozundan 5,8 faiz azdır. Bununla belə, büdcə gəlirlərinin 39,5 faizi yenə neft-qaz sektorunun payına düşəcək.

Azalma əsasən Dövlət Neft Fondundan büdcəyə köçürmələrin 935 milyon manat azaldılması ilə bağlıdır. Gələn il fonddan 11 milyard 900 milyon manat transfert nəzərdə tutulur. Bu, büdcə gəlirlərinin təxminən 30 faizidir.

Büdcə hesablamalarında neftin bir barelinin qiyməti 2026-cı ildə olduğu kimi, 65 dollar götürülüb.
Qeyri-neft-qaz sektorundan isə 23 milyard 754 milyon manat gəlir gözlənilir. Hökumət bu mənbədən daxilolmaların 7,13 faiz artacağını proqnozlaşdırır.

Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 18 milyard 430 milyon manat daxil olması nəzərdə tutulur. Bu, cari ilin göstəricisindən 1 milyard 520 milyon manat və ya 9 faiz çoxdur.

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 690 milyon manat artaraq 3 milyard 70 milyon manata çatacağı gözlənilir. Proqnozlaşdırılan 29 faizlik artım 2026-cı ildən vergi güzəştlərinin mərhələli ləğvi fonunda baş verir.

Gələn il büdcə kəsirinin xərclərlə gəlirlər arasındakı fərqin 3 milyard 166 milyon manat olacağı nəzərdə tutulur.
Neft-qaz gəlirlərinin azalması hökumətin sonrakı illər üçün proqnozlarında da əksini tapır. Maliyyə Nazirliyinin 2026-2030-cu illərə dair hesablamalarına görə, bu dövrdə neft-qaz gəlirləri 25,5 faiz azalacaq, ümumi büdcə gəlirləri isə cəmi 5,1 faiz artacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo