Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”
sosial media
Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir.
Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb.
Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib.
O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib.
“Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb.
Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan məhdudiyyətlərə etiraz olaraq oktyabrın 8-dən aclıq aksiyası keçirir.
P.Aslanov bir neçə gün əvvəl hicab qadağası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə açıq müraciət etmişdi:
"Təəssüf ki, keçən müddət ərzində müraciətimə heç bir reaksiya verilmədi, heç bir cavab və münasibət bildirilmədi. Sükut və laqeydlik qarşısında susmaq mümkün deyil. Mən, şərlənərək həbs olunmuş jurnalist, siyasi məhbus Polad Aslanov - bu gündən [8 oktyabr - red.] etibarən öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan bütün hicablı şagirdlərin, eyni zamanda təhsillə hicab geyinmək arasında seçim etmək məcburiyyətində qoyulan bütün hicablı müəllimlərimizin, ana və bacılarımızın hüquqlarının müdafiəsi üçün həbsxana divarları arasında, dəmir barmaqlıqlar arxasında etiraz əlaməti olaraq aclıq aksiyasına başladığımı bəyan edirəm”.
P.Aslanov qadağanın konstitusiyanın 48-ci (vicdan azadlığı) maddəsinə zidd olduğunu əlavə edib.
Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün geyim qaydaları təsdiqlənib. Qaydalarda hicabın qadağan olunduğu qeyd olunmasa da, geyim formalarının dünyəvilik prinsipinə uyğun olmalı olduğu yazılır.
Oktyabrın 6-da isə analoji qərar müəllimlər üçün qəbul olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Hicablı şagirdlər üçün onlayn platforma yaradan fəalın bir ay həbs edildiyi bildirilir
şəxsi arxivi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb