Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
sosial media
İlahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə həbsxanadan prezident İlham Əliyevə anlaşma təklifi ünvanlayıb.
Hərəkat üzvlərinin payılaşdığı müraciətdə Taleh Bağırzadə Azərbaycan hakimiyyətini uzun illərdir tənqid etdiyini bildirib.
“Cənab Əliyev! Hər kəsdən daha çox sizə məlumdur ki, illərdir zülmlə işləyən hakimiyyətinizə qarşı haqlı olaraq ciddi tənqidlər səsləndirir, qeyri-sağlam idarəçiliyinizlə əsla barışmırıq. Əlbəttə, bunun ağır bədəllərini ödəməkdən də tam razıyıq və heç bir şikayətimiz də yoxdur. Lakin son zamanlar Azərbaycanımızda baş verən bəzi xoşagəlməz hadisələri nəzərə aldıqda, düşündük ki, uzun illərdən sonra sizinlə bir məsələ üzərində anlaşa və razılığa gələ bilərik”, - T.Bağırzadə bildirib.
İlahiyyatçı təklif etdiyi anlaşmanın şərtlərini belə sıralayıb:
“1. Mənim 20 il həbs cəzamı dəyişdirib ömürlük həbslə əvəz edirsiniz.
2. Birbaşa sizin sifarişiniz əsasında məhkəmə qarşısına çıxarılan iki azyaşlı övladıma məhkəmənin əli ilə ən ağır və ən sərt cəzanı kəsirsiniz.
Onu da deyim ki, hələ onlardan başqa iki azyaşlı övladım da var. İstəsəniz, onları da anlaşma mətninə əlavə edə bilərik. Sizi tam arxayın edirəm ki, bizə qarşı yönələcək ən sərt və ən ağır cəzalardan heç bir şikayətimiz olmayacaqdır.
Bunun müqabilində isə sizdən istəyimiz və tələbimiz bundan ibarətdir ki, heç bir cinayət törətmədən, sırf ciddi araşdırmaları və aktiv fəaliyyətlərinə görə qəzəbinizə tuş gələrək şərləyib həbs etdirdiyiniz cəsur jurnalist və hicablı xanımları həbsxanadan azad edəsiniz”.
Müraciətin sonunda Tale Bağırzadə təklifinin qəbul ediləcəyi halda prezidentə təşəkkür edəcəyini bildirib: “Əgər bizim bu təklifimizlə razılaşıb Azərbaycanın dəyərli məhbus xanımlarını həbsxanalardan azad etsəniz, şəxsən özüm sizə ayrıca təşəkkür məktubu da yazacağam. Əks təqdirdə isə sizi və hakimiyyətinizi Uca Allahın tədbirinə və Azərbaycan xalqının qeyrətinə tapşırıram.”
Taleh Bağırzadə 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs edilib. O, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum olunub. Bağırzadə ittihamları qəbul etmir, həbsinin siyasi sifariş olduğunu bildirir.
Hazırda onun yeniyetmə övladları Məhəmmədhəsən və Məhəmmədhüseyn Bağırzadə də Buzovnadakı 26 saylı məktəbdə baş verən dava ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunublar. Ailəsi cinayət işini təxribat adlandırır və oğlanların yalnız özlərini müdafiə etdiyini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”
sosial media
Əli Zeynal və Ramil Babayev həbsxanadan yazır: “İstintaqın yubadılması məhbusları illərlə faktiki ciddi rejimdə saxlayır”
Toplum TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”