Siyasət

HRW QHT-lərə yeni məhdudiyyətləri və Bəşir Süleymanlıya verilən hökmü “vətəndaş cəmiyyətinə təzyiq” adlandırıb

24 noyabr, 2026
16

sosial media

“Human Rights Watch” (HRW) Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklərin və vətəndaş cəmiyyəti fəallarına qarşı cinayət təqiblərinin təzyiqləri daha da artırdığını bildirib.

Təşkilatın noyabrın 23-də yaydığı açıqlamada qeyd olunur ki, Milli Məclis noyabrın 18-də QHT-lərlə bağlı qanunvericiliyə geniş dəyişiklikləri təsdiqləyib. HRW-nin fikrincə, bu dəyişikliklər hakimiyyətin müstəqil təşkilatları dayandırmaq və ləğv etmək səlahiyyətlərini genişləndirir, yeni qeydiyyat tələbləri yaradır və onların fəaliyyətini daha da məhdudlaşdırır.

Təklif olunan dəyişikliklərə əsasən, hakimiyyət orqanları məhkəmə qərarı olmadan, şəffaflıq və çirkli pulların yuyulmasına qarşı tələblərin pozulması kimi geniş şərh edilə bilən əsaslarla QHT-lərin fəaliyyətini bir ilədək dayandıra biləcək.

Sənəddə həmçinin “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid” sayılan fəaliyyətlərə görə təşkilatların məhkəmə yolu ilə ləğv olunması üçün yeni əsaslar nəzərdə tutulur. HRW bu meyarların qeyri-müəyyən olduğunu və sui-istifadəyə açıq qaldığını vurğulayır.

Mövcud QHT-lərə qanun qüvvəyə mindikdən sonra nizamnamələrini yeniləmək və yenidən qeydiyyatdan keçmək üçün 30 gün vaxt veriləcəyi bildirilir. Qeyri-kommersiya fondlarının yaradılması üçün tələb olunan minimum nizamnamə kapitalının isə 10 min manatdan 100 min manata çatdırılması təklif edilir.
“Bu tələblər Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının yaradılması və fəaliyyətinin davam etdirilməsi üçün əlavə maneələr yaradar”, - HRW bəyan edib.

Təşkilat qeyd edib ki, qeydiyyat və xarici maliyyələşmə ilə bağlı qüvvədə olan məhdudiyyətlər artıq bir sıra müstəqil qurumların bağlanmasına və ya fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmasına səbəb olub. HRW həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları ilə bağlı işlərdə dəfələrlə birləşmək azadlığının pozulduğunu müəyyən etdiyini xatırladıb.

Açıqlamada noyabrın 19-da Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının 7 il 6 ay azadlıqdan məhrum edilməsi də qeyd olunub. HRW onu xarici maliyyələşmə ilə bağlı yenidən açılmış araşdırma çərçivəsində siyasi motivli ittihamlarla mühakimə olunan fəallardan biri kimi qiymətləndirib.
Təşkilat eyni istintaq çərçivəsində Asəf Əhmədovun 8 il, Zamin Zəkinin 7 il 3 ay, seçki monitorinqi üzrə ekspert Anar Məmmədlinin isə 13 il həbs cəzası aldığını bildirib.

HRW Azərbaycan hakimiyyətini qanun dəyişikliklərini geri götürməyə, Bəşir Süleymanlı və legitim fəaliyyətinə görə həbs olunduğunu bildirdiyi digər vətəndaş cəmiyyəti nümayəndələrini azad etməyə çağırıb.
“Azərbaycanın beynəlxalq tərəfdaşları hökumətə birləşmək azadlığını qorumaq öhdəliyini yerinə yetirməsi üçün təzyiq göstərməlidir”, - təşkilat bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP: “Əli Kərimli 6 aylıq qadağadan sonra ailəsi ilə telefonla danışıb”

23 noyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli 6 aylıq qadağadan sonra ailəsi ilə telefonla danışıb. Bu barədə partiya nümayəndələri sosial şəbəkələrdə məlumat yayıblar. Partiya Əli Kərimlinin yaxınları ilə görüşmək hüququnun da bərpa olunmasını, həmçinin onun barəsindəki cinayət işinə xitam verilməsini tələb edib. Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi bu ilin yayında AXCP sədrinə istintaq təcridxanasında təzyiq göstərildiyini, saxlanma şəraitinin məqsədli şəkildə ağırlaşdırıldığını bildirmişdi. Komitənin açıqlamasına görə, Əli Kərimli ailəsi ilə telefonla danışmaq və görüşmək hüququndan məhrum edilib. Həmçinin onun idmana aparılmadığı, gəzinti vaxtının yarıbayarı azaldıldığı qeyd olunub. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci - hakimiyyəti zorla ələ keçirməyə yönələn...
Siyasət

Fatimə Mövlamlı: “Təcridxana rəisinin müavini qadın məhbusları təcavüzlə hədələyib”

23 noyabr 2026

Foto:şəxsi arxiv

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı Bakı İstintaq Təcridxanasında qadın məhbuslara qarşı təzyiq və zorakılıq hədələrinin olduğunu bildirib. Bu barədə jurnalistin sosial media hesabında paylaşılan məlumatda deyilir. Onun sözlərinə görə, hadisə noyabrın 20-21-də təcridxananın Tibb-Sanitar Hissəsində baş verib. Jurnalistin yazdığına görə, “hicaba azadlıq” aksiyalarından sonra həbs edilən Nübar Həsənova və Nərgizxanım Məmmədovanın Lənkəran Penitensiar Kompleksinə, daha bir qadının isə təcridxananın qadın korpusuna köçürülməsi qərarı verilib. Mövlamlı bildirir ki, köçürülməyə etiraz edən qadınlar zorla kameralarından çıxarılıb. Onun sözlərinə görə, digər qadın məhbuslar həmin axşam təklikdə oturaq aksiya keçirib və köçürülən qadınlarla əlaqə yaratmaq istəyiblər. Məhbuslara ertəsi gün bu...

Seçilmiş Videolar

Toplum TV loqo