sosial media
BMT-nin Türkiyədə keçirilən COP31 İqlim Konfransı ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni razılaşma əldə edə bilməməsi ilə başa çatıb.
BBC xəbər verir ki, danışıqların əsas mübahisə mövzuları fosil yanacaqlardan imtina və inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı olub.
Avropa İttifaqı və Sakit okean ada dövlətləri yekun sənəddə qlobal istiləşmənin əsas səbəblərindən olan neft, qaz və kömürdən mərhələli imtina məsələsinin açıq şəkildə qeyd edilməsini tələb ediblər. Lakin təqdim olunan son layihədə fosil yanacaqlara birbaşa istinad yer almayıb.
Bununla yanaşı, bir sıra inkişaf etməkdə olan ölkələr zəngin dövlətlərin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün maliyyə dəstəyi ilə bağlı konkret öhdəlik götürməməsinə etiraz ediblər.
BMT-nin baş katibi Antonio Quterreş danışıqların nəticəsindən məyus olduğunu bildirib. O, fosil yanacaq sənayesinin maraqlarını müdafiə edən qüvvələri iqlim siyasətinə mane olmaqda ittiham edib.
İki həftə davam edən danışıqların cümə günü başa çatması nəzərdə tutulsa da, ortaq mövqeyə gəlmək cəhdləri bazar gününədək davam edib. BBC-nin məlumatına görə, bu, BMT-nin tarixində ən uzun iqlim konfransı olub.
Əsas razılaşma əldə olunmasa da, ölkələr təmiz enerjiyə keçid prosesində işçilərin və icmaların dəstəklənməsi mexanizmi üzrə müəyyən irəliləyişə nail olublar. Həmçinin 80-dən çox ölkə 2035-ci ilədək elektrik enerjisinin qlobal enerji istehlakındakı payının 35 faizə çatdırılması hədəfini dəstəkləyib.
Növbəti COP32 İqlim Konfransının 2027-ci ilin noyabrında Efiopiyada keçirilməsi planlaşdırılır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Quirinale.it
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Ailəsi hicab qadağasına görə aclıq edən məhbusdan xəbər ala bilmir