Siyasət

Hüquqşünas: Hökumət repressiyanı beynəlxalq arenaya daşıyır

17 Mart, 2025
1184

Səməd Rəhimli/şəxsi arxiv

Azərbaycan Baş Prokurorluğu mühacirətdə olan bir neçə şəxsi İstintaq İdarəsinə çağırıb. 

Aralarında bəzi bloqqer, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.

Onların biri son illər Azərbaycan hakimiyyətini kəskin tənqid edən ”Akkord" şirkətinin rəhbəri İlqar Hacıyevdir.

Prokurorluq İ.Hacıyevin Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunduğunu, onun barəsində axtarış elan edildiyini və artıq həbs-qətimkan tədbirinin seçildiyini vurğulayır.

Həmçinin, bloqqerlər Məhəmməd Mirzəli, Elşad Məmmədov və Qabil Məmmədov da Baş Prokurorluğa çağırılıb.

Baş Prokurorluğa çağırılan mühacirlərdən biri də hüquqşünas, "Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədovdur. 

Q.Məmmədov da terrorçuluq və daha bir neçə başqa maddələrlə ittiham edilir. 

Baş Prokurorluğa çağırılan və mühacirətdə olan kanal rəhbərlərindən biri isə Tural Sadıqlıdır. 

O kütləvi iğtişaşlara çağırış və başqa qanunsuz əməllərdə ittiham olunur. T.Sadıqlı axtarışa verilib və onun haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib.

Hüquqşünas Səməd Rəhimli deyir ki, hüquqi porsedura görə, növbəti mərhələdə onlar ya İnterpol ya da Avropa Şursasının ekstradisiya konvensiyası vasitəsi ilə beynəlxalq axtarışa verilə bilərər.

“Məsələ burasındadır ki, əgər həmin şəxslərin yaşadıqları ölkədə qaçqınlıq statusu varsa, onların Azərbaycana qaytarılmsı mümkün deyil”, - hüquqşünas deyir.

Səməd Rəhimlinin fikrincə, hökumət ölkə daxilində vətəndaş cəmiyyətini sıradan çıxarandan sonra bunu beynəlxalq arenaya daşıyır ki, mühacirətdə olan fəaliyyəti də aradan qaldırsın.

“Bu, hökumətin 2023-cü ildən bəri aktiv tətbiq olunan repressiyasının müəyyən bir formada davamıdır. Bu repressiya ilk növbədə “söyüş müxalifəti”ni və ya vətəndaş cəmiyyətindən bir nəfəri əhatə edə bilər. Lakin  zamanla öz hədəfini genişləndirə bilər”, - Səməd Rəhimli bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Ramiz Mehdiyev işi”: DTX-nin videosunda ittiham olunan müxaliflər iddialara necə cavab verdi?

14 Fevral 2026

Foto/kollaj: Toplum TV

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və başqa siyasi fiqurları hədəf alan videosüjet yayımladı.  Videoda sözügedən şəxslərin əlbir olaraq Azərbaycanda dövlət çevrilişinə cəhd etdiyi bildirilir və buna sübut olduğu iddia olunan görüntülər və səs yazıları nümayiş etdirilir.  İddialardan biri belədir ki, ittiham olunan şəxslər xarici xüsusi xidmət orqanlarından Azərbaycanın müxtəlif bölgələrində insanları dövlət çevrilişinə cəlb etmək üçün 933 min 828 manat 40 qəpik məbləğində pul vəsaiti alıblar.  Bu iddiaya sübut kimi içərisində Rusiyanın “Sberbank” şirkətinin adı yazılmış, müxtəlif şəxslərin adları və pasport nömrələri əks...
Siyasət

Azərbaycanlı QHT nümayəndələri və ekspertlər Ermənistana səfər ediblər

14 Fevral 2026

Foto: Armenpress

Azərbaycandan olan qeyri-hökumət təşkilatları (QHT) nümayəndələri və ekspertlər Ermənistana səfər ediblər. "Armenpress" və "Report"un xəbərinə görə, onlar erməni həmkarları ilə birgə "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində dəyirmi masa formatında iki gün davam edəcək tədbirdə iştirak edəcəklər. Azərbaycan tərəfdən 19 nəfərin səfər etdiyi, Ermənistandan isə 20 nəfərin tədbirdə iştirak edəcəyi gözlənilir. Bu şəxslər arasında eyni təşəbbüs çərçivəsində artıq baş tutmuş səfərlərdə iştirak edənlər, habelə yeni simalar da var. Ötən ilin oktyabrında Azərbaycandan olan nümayəndə heyəti Yerevana, noyabrda isə erməni heyət Bakıya səfər edib.

Seçilmiş Videolar

Toplum TV loqo