Siyasət

İctimai fəal: “Bu hakimiyyət artıq mənim həyatımdan 1000 gündən çox oğurlayıb”

15 Sentyabr, 2026
20

sosial media

6 il 6 ay azadlıqdan məhrum edilən ictimai fəal Rail Abbasov həbsinin üçüncü ildönümü ilə bağlı ictimaiyyətə müraciət ünvanlayıb.

Yaxınlarının “Toplum TV” ilə bölüşdüyü müraciətdə Abbasov həbsini dostu, ictimai fəal Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə etməsi ilə əlaqələndirib.

Abbasov B.Hacıyevin təşəbbüsü ilə keçirilən bir sıra ictimai aksiyalarda iştirak etdiyini yazıb. Onun sözlərinə görə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı könüllülərlə birlikdə orduya yardım toplayıb və yardımların hərbçilərə çatdırılmasında iştirak edib.

Fəal bildirir ki, Hacıyev həbs olunduqdan sonra onun hüquqlarının müdafiəsi üçün yaradılmış komitədə fəal çalışıb:
“Bəxtiyar Hacıyevin həbsindən 9 ay sonra məni də həbs etdilər. Görünür bu fəaliyyətim Bəxtiyar Hacıyevin həbsinə qərar verənlərin narahatlığlna səbəb olub”.

2023-cü il sentyabrın 19-da həbs olunan Abbasov barəsindəki cinayət işini qurama, 6 il 6 ay azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarını isə saxta adlandırıb.

“İrad və tənqidə dözümsüz olan hakimiyyətin aqressor məmurlarının qərəzli qərarlarına görə mən 3 ildir ki, məhkum həyatı yaşayıram. Bu hakimiyyət artıq mənim həyatımdan 1000 gündən çox müddəti oğurlayıb”, - müraciətdə deyilir.

Fəal müraciətində Bəxtiyar Hacıyevi müdafiəsində iştirakının cinayət sayıla bilməyəcəyini vurğulayıb:

“Dostumu müdafiə etmək, günahsız və haqsız həbs olunan insanın yanında olmaq kriminal əməldirmi?”.

Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.

Bəxtiyar Hacıyev isə 2022-ci il dekabrın 9-dan həbsdədir. Əvvəlcə ona xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. İstintaq zamanı bunlara qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə və vergidən yayınma kimi ittihamlar əlavə olunub.

2025-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi Hacıyevi 10 il azadlıqdan məhrum edib, mənzilinin və bank hesabındakı vəsaitin müsadirəsinə qərar verib.
Hacıyev ittihamları qəbul etmir və həbsini daxili işlər naziri Vilayət Eyvazovu tənqid etməsi ilə əlaqələndirir. O, nazirin sifarişi ilə həbs olunduğunu iddia edir. Daxili İşlər Nazirliyi bu iddianı təkzib edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İqbal Əbilov barədə 22 səhifəlik hesabat: qaydaları pozduğu iddia olunur

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Qaradağ Rayon Məhkəməsində həbsdə olan akademik tədqiqatçı İqbal Əbilovun qapalı rejimli həbsxanaya köçürülməsi ilə bağlı proses keçirilib.  İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, proses tədqiqatçının hazırda saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında baş tutub. Prosesdə müəssisə tərəfi İ.Əbilovun törətdiyi iddia olunan rejim pozuntuları və ona verilən töhmətlərlə bağlı məhkəməyə 22 səhifəlik hesabat təqdim edib.  "Lakin hesabatda qeyd edilən pozuntular və töhmətlər barədə nə İqbal Əbilovun, nə də onun vəkilinin əvvəlcədən xəbəri olub. Həmin hesabat müdafiə tərəfinə əvvəlcədən tanış olmaq və araşdırmaq üçün təqdim edilməyib. İqbal Əbilov bu pozuntuların və töhmətlərin hansı əsaslarla verildiyini bilmir. İddiaların nəyə...
Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....

Seçilmiş Videolar

Toplum TV loqo