İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib
Luca Faz
İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib.
“The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib.
İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz.
“NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün mülki itkilərin qiymətləndirilməsindən və hədəflərin seçilməsində süni intellektdən istifadədən bəhs olunur. Filmin adı “nezek aqavi” yəni “əlavə zərər” ifadəsinin qısaltmasından götürülüb.
Çəkilişlər zamanı 24 israilli hərbçi və kəşfiyyat əməkdaşı ilə danışılıb. Onların üzləri gizlədilib, səsləri dəyişdirilib.
Film sentyabrın 12-də Venesiya kinofestivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb və ümumilikdə beş mükafat qazanıb. Premyeradan sonra tamaşaçılar yaradıcı heyəti təxminən 25 dəqiqə ayaqüstə alqışlayıblar. İstehsalı “The Guardian” maliyyələşdirdiyindən festival proqramında Britaniya filmi kimi təqdim olunub.
İsrail ordusu ekran əsərindəki bir sıra iddiaları təkzib edib. Ordunun açıqlamasına görə, anonim müsahiblərin göstərilən vəzifələrdə xidmət edərkən haqqında danışdıqları dövlət və hərbi strategiyaya dair məlumatlara çıxışı ola bilməzdi. Açıqlamada onların təsvir olunan bəzi hadisələrlə əlaqəsinin də mümkün olmadığı bildirilib.
Abraham və Şor daha əvvəl İordan çayının qərb sahilində yaşayan fələstinlilər haqqında “Başqa torpaq yoxdur” sənədli filminin hazırlanmasında iştirak ediblər. Həmin ekran əsəri 2025-ci ildə ən yaxşı sənədli film nominasiyasında “Oskar” qazanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Karapetyan ‘təhqirə görə' Paşinyanı məhkəməyə verib, üzr və təzminat tələb edir
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”