Memar: "Bayırşəhərdə dövlət reyestrindən çıxarılmış tarixi abidələr reyestrə qaytarılmır"
Abdul Hüseynov
Bayırşəhərdə aparılan söküntülər fonunda ərazidə yerləşən və uzun müddət əvvəl dövlət reyestrindən çıxarılmış tarixi abidələr hələ də reyestrə qaytarılmır.
Bu barədə memar Abdul Hüseynov "Toplum TV"yə məlumat verib.
Sözügedən abidələr Murtuza Muxtarov küçəsində yerləşir və 1899, 1899 və 1902-ci illərdə inşa olunublar.
A.Hüseynovun sözlərinə görə, abidələr 2016-cı ildə heç bir əsas gətirilmədən reyestrdən çıxarılıblar. O bildirir ki, müxtəlif vaxtlarda binaların dövlət reyestrinə qaytarılması üçün aidiyyəti qurumlara müraciət etsə də, cavab ala bilməyib.
Bir ildən çoxdur ki, Bayırşəhərdə tarixi binaların və məhəllələrin söküntüsü gedir və yaşı 100-dən çox olan bir neçə bina sökülüb.
Yasamal Rayon İcra Hakimiyyəti söküntünün ərazidəki Qış Parkının genişləndirilməsi üçün aparıldığını deyir.
Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planına əsasən, Bayırşəhərdə Təzəpir məscidi ətrafındakı ərazi "xüsusi mühafizə olunan ərazi" statusuna malikdir.
Bu statusa əsasən, ərazidə söküntü deyil, yalnız yenidənqurma və reabilitasiya işləri aparıla bilər. Sakinlər isə yalnız zəruri olduqda müvəqqəti şəkildə yaxınlıqdakı ərazilərə köçürülə bilərlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib
açıq mənbə
Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb