Siyasət

İşgəncəyə məruz qaldığını deyən inanclı fəalın zəng və görüşlərinə qadağa qoyulduğu deyilir 

30 mart, 2026
366

Foto/kollaj: Toplum TV

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü Samir Babayevin işgəncəyə məruz qalması iddiasından sonra telefon zənglərinə və görüşlərinə qadağa qoyulduğu bildirilir.

Bu barədə MBH-dən "Azadlıq Radiosu"na məlumat verilib.

"Samir Babayev ailəsi ilə sonuncu dəfə martın 16-da danışıb. O vaxtdan heç bir əlaqə yoxdur. Ailə bu vəziyyətdən çox narahatdır. İşgəncə şikayətindən sonra onun daha pis rəftara məruz qalmasından ehtiyatlanırlar", - açıqlamada deyilir. 

MBH bu ay həbs olunan başqa bir neçə inanclı fəalın da zəng və görüş hüquqlarının məhdudlaşdırıldığını xəbər verib. Onlar martın 2-də həbs olunan Qoşqar Məmmədov və martın 12-də saxlanılan Əlikram Namazovdur. 

S.Babayev martın 6-da polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs olunub. Ona qarşı narkotik ittihamı irəli sürülüb. 

Fəal sonradan ailəsinə telefon danışığında bildirmişdi ki, ittihamı qəbul etmədiyinə görə döyülüb və məhkəmənin sanitar qovşağında "başını unitaza salmağa cəhd ediblər". 

S.Babayev 2022-ci ildə Azərbaycanda inanclı fəalların kütləvi həbsi zamanı narkotik ittihamı ilə həbs olunmuşdu. O, ona verilən 3 illik həbs cəzasını 2025-ci ilin dekabrında bitirib azadlığa çıxmışdı.

"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq"ın ölkədə siyasi məhbus sayılan şəxslərin yanvar ayına olan siyahısında 192 inanclı fəal yer alıb. Siyasi məhbus hesab olunan şəxslərin ümumi sayı isə 340-dır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”

9 noyabr 2026

Toplum TV

Azərbaycanın müxtəlif həbsxanalarında və istintaq təcridxanalarında saxlanılan, siyasi motivlərlə həbs edilən bir qrup məhbus birlik çağırışı ilə bəyanat yayıblar. Bəyanatın “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq imzalandığı bildirilir. Bəyanat müəllifləri ölkədə repressiyaların genişləndiyini bildirərək, siyasi məhbus sayılan şəxslərin probleminin cəmiyyətin və beynəlxalq ictimaiyyətin əsas gündəminə çevrilməsinə çağırıblar. “Toplum TV” bəyanatı olduğu kimi təqdim edir. “Azərbaycanın avtoritar hakimiyyəti geopolitik çəkişmələr, regional münaqişələr və bütün bunların ölkədə dərinləşən insan hüquqları ilə bağlı böhrana zəif təsirində sui-istifadə edərək faktiki ölkədə politisidi (siyasi genosid) nəinki aktiv saxlayır, həmçinin...
Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...

Seçilmiş Videolar

Toplum TV loqo